Menu

“İXTİSARLAR ÇOXALIB...” – “Bu, dövlətimizi təhlükələrlə üz-üzə qoya bilər”

02.02.2026, 20:54
“İXTİSARLAR ÇOXALIB...” – “Bu, dövlətimizi təhlükələrlə üz-üzə qoya bilər”

“Son dövrlərdə bir sıra dövlət qurumlarında çoxsaylı insanlar ixtisar olunur. “Bakı Metropoliteni”ndə, “Xəzər Dəniz Gəmiçiliyi”ndə, kommunal sistemlərdə xeyli ixtisarlar var”.

“AzPolitika” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, işsiz qalan insanların problemlərinin həll edilməməsi dövlət üçün təhlükə yaradır: “Başa düşürəm, büdcədə yük ola biləcək müəyyən problemlər həll olunur. Amma biz bu qədər işsizə ya iş, ya da müavinət verməliyik. Müavinət verməkdə də müəyyən çətinliklərimiz var. Metroda işdən azad olunanlara deyiblər ki, sizi başqa şirkətdə işə götürəcəklər. Gediblər ki, belə bir şey yoxdur. 100-200-dən çox insan işsiz qalıb. Bu, dövlətimizi xeyli təhlükələrlə üz-üzə qoya bilər”.

Əlavə edək ki, ixtisarlar təkcə dövlət qurumları deyil, özəl sektorda, xüsusilə də iri şirkətlərdə və banklarda da nəzərəçarpacaq dərəcədə çoxalıb. İri holdinqlərə daxil olan ayrı-ayrı şirkətlərin birləşdirilməsi, yaxud ləğvi ilə bağlı məlumatlar daxil olur. Nəticədə xeyli sayda vətəndaş, hətta mütəxəssislər işsiz qalır. İxtisar olunanların sayı isə deputatın səsləndirdiyi rəqəmlərdən xeyli çoxdur.

“AzPolitika.info” 

Şərhlər

molla 2026-02-03 15:33:17

hamının işi mənə qalacaq. Axırı yaxşı olacaq.

Amon 2026-02-03 13:02:25

Isci budceye yuk deyil onlarin aldigi emekhaqqi dovlet budcesine tesir etmir birde ki dovletin borcudu is yerleri acmaq.ixtisar edilmeli yalniz bir sey var o da ki korrupsiya rusvetdi.indi de nazirlikler yeni temiz rusvet metodu tapiblar her nazirlik gedib bir nece yerde icareye ofisler gotururler ayliq icare muqavilesine 100min 150min yazdirib ordan oz paylarini gotururler bu da olur leqal rusvet

Millət 2026-02-03 09:53:25

Ölkəmizi vətənimizi işqal ediblər

Faiq 2026-02-03 09:51:30

Ölkədə iqtisadiyyat yoxdur. Neft qazdır bununəhaliyə heç bir dəxli yoxdur. Özləri talan edirlər. Bar kafelər marketlər otellər o da özlərinin və ətraflarınındır. Bir də tikinti o da özləri ətrafları tikir və özləri satırlar. Xalqa isə heç nə

Məqsəd Quliyev-ə 2026-02-03 08:59:25

Nə qədərki.hakimiyyət milli qarışıqları qohum və tanışlarnı vəzifələrə gətircək.Azərbayanda normal,insani həya tmümkün olmayacaq.Çünki onları Azəri-türkün htyatı mara qandırmır.Əllərinə düşən imkandan istifadə edib soyub taayacaqlar.Bunu xaricə daşımalar sübut edir.

Hamiq 2026-02-02 21:45:04

Savadsız adamlarsınız deyə hələ də anlaya bilmədiniz ki, şanlı hökumətimiz başında Bomboş Nazirimiz Əli Əsədov olmaqla leksikonumuzdan ixtisar sözü çıxarılıb. Bizdə ixtisas ola bilməz və bu əsla ixtisar deyil. Bu dünyada heç kimin ağlına gəlməyən analoqu və analoqu olmayan islahatlar... Canınız çıxsın öyrənin...

Mühəndis 2026-02-02 21:07:16

Azərbaycanda idxalı ,işsizliyi azaltmaq üçün dövlətin proqramı olmalıdır. Bu proqramda iri dövlət sənaye obyektlərinin ( maşınqayirma.yüngül ,toxuculuq vəqida sənaye müssisələri )yaradılması nzərdə tutulmalıvəkomnkret işə başlanılmalıdır.bu importdan asılılığı təmin etməkləyanaşıhəmişsizliyin qarşısınıalar və həm də gəlir gətirər.

Məqsəd Quliyev 2026-02-02 14:18:58

İxtisarlar qısamüddətli maliyyə qənaəti gətirsə də, uzunmüddətli perspektivdə dövlət və cəmiyyət üçün risklidir. Ən doğru yol əməkdaşların təkmilləşdirilməsi və yeni bacarıqlarla silahlandırılmasıdır. Bu, həm təşkilatların, həm də dövlətin dayanıqlılığını möhkəmləndirəcək.
Ümid edirəm ki, bunu təşkilat rəhbərləri anlayacaq və nəzərə alacaqlar.

Vətəndaş 2026-02-02 14:05:28

hökumətdə bunu düşünənlərə ehtiyac var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol