Menu

Orta aylıq əmək haqqına nə qədər ət ala bilirik? - Azərbaycan və region ölkələrinin müqayisəsi + SİYAHI

02.02.2026, 20:49
Orta aylıq əmək haqqına nə qədər ət ala bilirik? - Azərbaycan və region ölkələrinin müqayisəsi + SİYAHI

"Numbeo" portalının açıqladığı son hesablamalara əsasən, Azərbaycanda orta aylıq  əmək haqqı ilə (458 ABŞ dolları) orta hesabla 44 kiloqram mal əti almaq mümkündür. 

Bu göstərici ilə Azərbaycan region ölkələri arasında aşağı pillələrdə qərarlaşıb.

Qonşu və region ölkələri ilə müqayisədə Azərbaycandakı vəziyyət daha aydın görünür. Türkiyədə orta aylıq əmək haqqı 1060 dollar səviyyəsindədir və bu gəlirlə 53 kq mal əti almaq mümkündür. Gürcüstanda orta əmək haqqı 540 dollar olmaqla, aylıq gəlir 56 kq mal əti almağa imkan verir.

Ermənistanda orta aylıq əmək haqqı 635 dollar, bu məbləğlə 53 kq, Qazaxıstanda isə 599 dollar maaşla 77 kq mal əti almaq mümkündür. Rusiyada orta aylıq əməkhaqqı 868 dollar təşkil edir və bu gəlir 83 kq mal əti ilə müqayisə olunur.

Postsovet məkanından Özbəkistanda orta aylıq əməkhaqqı 500 dollar olub 49 kq, Ukraynada 490 dollar maaşla 69 kq, Belarusda isə 742 dollar gəlirlə 83 kq mal əti almaq mümkündür.

Orta aylıq əmək haqqı ilə digər ölkələrdə bu qədər ət almaq mümkündür: 

İrlandiya – 254 kq

Böyük Britaniya – 227 kq

Niderland – 223 kq

Danimarka – 218 kq

Lüksemburq – 203 kq

Almaniya – 167 kq

İsveçrə – 164 kq

İsveç – 161 kq

Belçika – 157 kq

Kipr – 144 kq

Finlandiya – 137 kq

Avstriya – 133 kq

Fransa – 132 kq

Polşa – 131 kq

İspaniya – 130 kq

Çexiya – 127 kq

Sloveniya – 127 kq

Litva – 127 kq

Norveç – 124 kq

Xorvatiya – 124 kq

Malta – 109 kq

Slovakiya – 107 kq

Latviya – 105 kq

Rumıniya – 98 kq

İtaliya – 93 kq

Bolqarıstan – 91 kq

Macarıstan – 91 kq

Estoniya – 90 kq

Portuqaliya – 88 kq

Moldova – 86 kq

Monteneqro – 84 kq

Rusiya – 83 kq

Belarus – 83 kq

Yunanıstan – 78 kq

Qazaxıstan – 77 kq

Serbiya – 72 kq

Ukrayna – 69 kq

Bosniya və Herseqovina – 69 kq

Şimali Makedoniya – 60 kq

Gürcüstan – 56 kq

Kosovo – 54 kq

Türkiyə – 53 kq

Ermənistan – 53 kq

Albaniya – 50 kq

Özbəkistan – 49 kq

Azərbaycan – 44 kq

İran – 28 kq

"AzPolitika.info"

Şərhlər

Düz 2026-02-05 08:09:08

Dövlət orqanında 300 maaş alıram 18 kq ət edir

Tt 2026-02-03 08:01:38

Coxsu 700 azn den yuxari maash ala bilmir! Men shexsen 630 aN aliram

KOHNE 2026-02-03 07:51:13

Allaha and olsun orta statistik Azerbaycanli 30 kq......maximum ət ala bilƏR...18,5 manatdir ət....ELEYIR 555 MANAT ...VESSELAM......

Fariz 2026-02-03 00:30:47

Bu hökümət gecə-gündüz car çəkir ki, bəs iqtisadi inkişafımlz analoqu olmayan templə irəliləyir, bizim əsas vəzifəmiz xalqımızın rifahıdır. Görün nə.gündəyik ki, heç bir təbii sərvəti sərvəti, acından öldükləri dediyimiz Ermənistanda orta əmək haqqı bizdən yuxarıdır. Artıq belə bacarıqsız hökümətə nı deyəsən?

Kirpi 2026-02-02 22:50:41

Güya bu hökumət tənqidlərə cavab verir, xalqının rifahı üçün işlər görür? Sosial siyasətin anasını ağlar qoyublar. Hələ mən Demokratiya anlayışını demirəm))

Tələt 2026-02-02 21:57:46

Yalan. Yazanda xəcalət çəkmisiniz siz Azərbaycanlıların deyilsiz mənşəyi məlum olmayan millət təşkilatı

Nadir 2026-02-02 19:00:58

Bizdəki inkişafın analoqu yoxdur. NK və deputatlar belə deyirlər! Axırdan ikinci yerdəyik, çox yüksək göstəricidir! ...

MAXE 2026-02-02 18:55:50

Nə gündəyik ay Allah, bu hələ şişirdilmiş orta aylıqdı haa!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol