Dövlət Sərhəd Xidmətində (DSX) daha bir generala yüksək vəzifə verilib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.

Məlumatda bildirilir ki, bununla bağlı imzalanan əmrə əsasən, general-mayor Aqil Babayev Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Baş İdarə rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, A.Babayev DSX Akademiyasının rəisi, Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi vəzifələrində çalışıb. Ondan əvvvə isə Aqil Babayev bu vəzifəyə qədər Xudat sərhəd dəstəsinin rəisi olub.

“İgidliyə görə”, “Vətən uğrunda” və digər bir sıra orden və medallarla təltif olunub. 

O, 17 avqust 2022-ci ildə (18 avqust Dövlət Sərhəd Xidməti günüdür – red.) general-mayor rütbəsi alıb. Ancaq yüksək rütbə aldıqdan cəmi 4 ay sonra vəzifəsindən azad edilmişdi.

Buna səbəb kimi mətbuatda Dövlət Sərhəd Xidməti Akademiyasında baş verən insidentlər göstərilirdi. Belə ki, 2022-ci ilin aprelində Akademiyanın 4-cü kursunda təhsil alan kursantın dünyasını dəyişməsi,  2022-ci ilin dekabr ayının 6-da isə DSX Akademiyasının inzibati binasında irimiqyaslı yanğının baş verməsi A.Babayevin işdən çıxarılmasının səbəbi kimi göstərilirdi. Ancaq o,qısa müddət sonra yeni vəzifəyə təyinast ala bilmişdi. 

Xatırladaq ki, bir neçə gün əvvəl DSX-də yüksək vəzifələrə təyinatlar olub. General-mayor Azad Abdullayev DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.

"AzPolitika.info"