Binəqədi rayonunda yerləşən "İdrak" liseyində fevralın 6-da şagirdin güllələdiyi müəllimin vəziyyəti orta ağırdır.
Bu barədə "AzPolitika"ya Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.
Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü qadın KTM-ə hospitalizasiya olunub.
Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.
Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
***
Bakıda "İdrak" liseyində ağır hadisə: 10-cu sinif şagirdi müəllimini odlu silahla vurub.
"AzPolitika"nın məlumatına görə, Hadisə Binəqədi rayonu ərazisindəki təhsil ocağında qeydə alınıb. Məlumata görə, şagird müəllimə atəş açıb və nəticədə yaralanma baş verib.
Hüquq-mühafizə əməkdaşları dərhal hadisə yerinə yönəldilib, ərazi mühafizəyə alınıb və istintaq-əməliyyat tədbirləri aparılır. Şagirdin hərəkətinin səbəbləri, silahın mənşəyi və digər detallar barədə hələlik rəsmi açıqlama verilməyib.
Hazırda məktəbdə vəziyyət nəzarət altındadır, lakin təhsil prosesi dayandırılıb. Valideynlər övladlarını liseydən götürürlər.
Hadisə ilə bağlı əlavə məlumatlar yaxın saatlarda gözlənilir.
***

“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, - deyə o "Unikal"a bildirib.
Mönsüm Alışov “Yeni Sabah”a açıqlamasında bildirib ki, əvvəllər bu şagirdlə bağlı şikayət olmayıb: “Davranışları normal olub. Hadisə sinif otağında baş verib. Müəllimin vəziyyəti yaxşıdır, xəstəxanadadır”.
Daxili İşlər Nazirliyi "İdrak" liseyində şagirdin müəllimi güllələməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirlikdən "AzPolitika"ya verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.
Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.
Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.
AzPolitika.info

Şərhlər
bu mönsüm alışov sumqayıtda bir məktəb açıb orda da direktor işləyir.5 hektar ərazini də ələ keçirib .ərazi əvəllər sumqayıt tikinti idarəsinin olub.mönsüm həmin ərazini əmlak nazir kərəm həsənovun köməkliyi ilə ələ keçirib.
Bu cinayətdə Litsey ditrektorunun da məsuliyyəti nəzərə alınmalıdır.Ov tüfəngiməktəbli çantasına yerləşməz.Bundan başqa litsey ərazsində mühafizə və nəzarət üçün direktorun məsuliyyəti xüsusi qeyd olunmalıdır
Cantanin boyukluyu ne qeder imişss....
Ov tufengi ne qeder balaca imişss.....
Bu alim ŏz dediyine ozu inanib danisir.....
Mekteblerde qudurganliq ve terbiyesizlik baș alib gedir
Nə boyda ov silahı olub ki, çantaya yerləşib?! Uşaqda müəyyən pozuntular var idisə, niyə məktəbə gəlirdi, eləcəevdə atasını və ya anasını güllələyərdi,daha az əziyyət çəkərdi...