Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
“AzPolitika” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Vüsal Nəsirli (AAYDA) İdarə Heyətinin sədri təyin edilib.
Vüsal Nəsirli bundan öncə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.

Qeyd edək ki, Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.
2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.
2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, daha sonra isə müavini vəzifəsində çalışıb.
Evlidir, iki övladı var.

Prezident İlham Əliyevin Sərəncamı ilə işdən çıxarıan Saleh Ərşad oğlu Məmmədov 1958-ci ildə Tərtər rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsinə daxil olub və 1980-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib.
Əmək fəaliyyətinə 1980-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlayıb. 1980–1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçdikdən sonra fəaliyyətini yenidən həmin sistemdə mühəndis kimi davam etdirib.
1982–1991-ci illərdə “Yoltəmirtikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis vəzifələrində çalışıb. 1991–1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsinin rəisi, 1994–1995-ci illərdə isə “Azkommunkomplekttexnika” İstehsalat Birliyində rəhbər vəzifədə işləyib.
1995–2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestində rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol İstismar İdarəsinin rəisi və 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində fəaliyyət göstərib.
2003–2015-ci illərdə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi olub. 2007-ci ildə qurum “Azəryolservis” ASC-yə çevrildikdən sonra həmin idarənin rəisi vəzifəsində işləməyə davam edib.
2015-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Həmin ilin 19 fevral tarixində “Azəryolservis” ASC sədrinin birinci müavini təyin olunub və bir müddət sədr vəzifəsini icra edib.
Prezident İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli sərəncamı ilə “Azəryolservis” ASC-nin sədri təyin edilib. 2016-cı ildə qurumun adı dəyişdirilərək “Azəravtoyol” ASC adlandırılıb.
12 dekabr 2016-cı ildə Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.
Saleh Məmmədov yol təsərrüfatı sahəsində çalışdığı illərdə respublikanın beynəlxalq əhəmiyyətli E-119, AH-8, M-1, M-2 və M-4 magistral avtomobil yollarının bir hissəsinin istismarı və yerli əhəmiyyətli yolların idarə olunmasına rəhbərlik edib.
6 fevral 2026-cı il tarixində Prezidentin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Saleh Məmmədov ailəlidir, dörd övladı var.
Elman
“AzPolitika.info”

Şərhlər
....Görmürsünü ki.on ildir zurna çalınır.amma səsi onları silkələyməyə borclu olanlara çatmır.Niyə çatmr ?...
Şəki Yol İdarəsinə Şəki Müəllimlər Universitetini zor gücünə qurtaran sinif müəllimi olan Rəhmanı rüşvətin nəticəsinə yol İdarəsinə müdir vəzifəsinə təyin ediblər.İdarələr Rəhman kimi korrupsionerlərdən təmizlənməlidir . Vüsal müəllim yəüqin ki, nəzərə alacaqdır !
Nəsirlinin yol tikintisindən hansı savadı.təcrübəsi.iş stajıvar ki.belə ciddi və məsul vəzifəyə təyin olunur?'Axı onun təhsili.magistraturası.indiyə qədər təsadüfi baş dolandırdığı yerlər bu sahə iilə uzlaşmır.
belə kadr təyinatlarilə ölkənin iqtsadiyyatını korlamaq kimin təşəbbüsüdür?
Həmişə demişik ki, hökümətdə və dövlətdə yüksək makamlarda kadrlar beş ildən bir dəyişdirilməlidir. Amma dəyişdiriliəndə də həmin makamlara həmin strukturlarda peşəkarlaşmış kadrlar gətirilməlidir. Yox ki bunun kimi aidiyyatı olmayan kadrlar. Təssüf ki, son dövrlərdə sanki biriləri qəsdən aidiyyatı olmayan kadrların qovluqlarını cənab Prezidentə təqdim edirlər. Ona görə də əksər sahələrdə kadr dəyişikliyi elə də bir effekt vermir.
Yeni sedr de sade insan deyil atasi bakinin bir cox yerinde binalar tikir
Rauf bəy, açlğı mən də bilmirəm kim kimin adamıdı. Qaldı ixtisasa, bəlkə də bu seçim daha uyğundur. Belə ki, asfaltı necə, nə cür oğurlamağın sirrini bilmədiyi yaxşıdır, yoxsa Sale, Ziya Məmmədovları keçər. Şərt odur ki, idarəçiliyi bilsin, qanunvericilikdən anlayışı olsun. İnanəram ki, c-b Prezidentin nəzarəti altında Saleh Məmmədovun fəaliyyəti yoxlanacaq, bəlkə də "kişi" normal işləyib, hələ orden medaldan da yaxasından asılacaq. Bu bir növ zarafatdır. Agentliyin bütün fəaliyyəti yoxlanılmalıdır. Bəlkə də Agentliyin anasını ağladıblar. Hara baxırdı Hesablama, Auditorlar Palatası Vahid Novruzov başda olmaqla. Bu subyekti "lüt" soyundurub əldə olan vəsaitləri Qarabağın inşasına, müharibə iştirakçılarının probleminə yönəltmək lazımdır. Korrupsiyaya qarşı mübarizə baş idarəsi var gücü ilə bu məsələni araşdırmalı, cinayət əməlində iştirak edən bütün subyektləri inkvizisiya masasına dəvət etməlidir, qoy onlar da bilsinlər ki, dövlət var, onun mənafeyini müdafiə edən hüquq mühafizə orqanları var.
Agentlikdə niyə təcrübəsi, biliyi olan kadr yox idi bəyəm? Gətirib yol təmir-tikinti işindən anlayışı belə olmayan adamı təyin edirlər. Hamıya bəllidi bu adam kimin nəyidir. Ona görədə bu ölkədə bütün işlər tər mayallaq gedir.
Bakı şəhər Baş Mədəniyyət idasinin müdiri isə çühəndisdir. Bu yerdə deyirlər lorman şora fərq olmayandə belədə olacaq.
Saleh getdi Vüsal gəldi Yaxşılığa dogru hecnə dəyişməyəcək.Buna tam əminəm
Əslinə qalanda ölkədə total təmizlik getməlidir. Ölkədə o qədər savadlı, Prezidentə sadiq,layiqli namizədlər var ki, ölkəni uçuruma deyil, inkişafa apararlar. Şərt o deyil ki, həmin namizəd kiminsə adamı olsun. Hazırda evdə otura-otura bütün varlığımla hiss edirəm, nə qədər insanlar Prezidentin bu qərarını dəstəkləyir. İstərdim məni səmimi qəbul edəsiniz. Harada qüsur varsa, ölkə başçısının adı ilə bağlayırlar. Təcili icra strukturlarına keçid edilməlidir. İlk növbədə Prezident Administrasiyasından başlamaq lazımdır. Burada kif atmış çox sayda məmurlar var ki, Ümummilli Liderin, Prezidentin portretini başlarının üstündən asıb hər cür yaramazlıqlarla məşğuldurlar. İlk növbədə elə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində böyük təmizləmə aparrılmalıdır. Normal yoxlama aparılsa, görün nə qədər papaqlar boş qalacaq. Bu Agntlik canavar yuvasına çevrilib. Ölkə başçısı bu məmurlardan, eyni zamanda Xoşqədəmlərin, Elgizlərin, Zaurların işğalından da bu xalqı xilas etsin. Vallah, bunları etsə xalq ona sağlığında qızıldan heykəl qoyacaq. Azpolitikadan xahişim bu yazını sünnət etməməsini xahiş edirəm. Yarım sutka vaxt keçməsinə baxmayaraq hələ də yazı verilməyib.
Bəs Salehim büdcədən oğrladıqları? Onnar geri alındımı?Alınmadısa niyə7
AYNA rəhbərliyin də işdən qovsalar, bəlkə yollarda qayda qanun ola!!!!
Salehin ne vecine(()? Trilyonnar oqrayib, !
Fikrim yarımçıq qaldı: Bu işdən azad olunanların maddi durumuna da əl çəkilməlidir, çünki bizim Qarabağımıza böyük dəstək lazımdır. Fikrimcə, Saleh Məmmədovu, Ziya Məmmədovu, Eldar Mahmudovu, Nəcməddin sadıkovu yaxşı silkəsələri nəinki Qarabağı, bütün Azərbaycn qızıla bələmək olar
Əslinə qalanda ölkədə total təmizlik getməlidir. Ölkədə o qədər savadlı, Prezidentə sadiq,layiqli namizədlər var ki, ölkəni uçuruma deyil, inkişafa apararlar. Şərt o deyil ki, həmin namizəd kiminsə adamı olsun. Hazırda evdə otura-otura bütün varlığımla hiss edirəm, nə qədər insanlar Prezidentin bu qərarını dəstəkləyir. İstərdim məni səmimi qəbul edəsiniz. Harada qüsur varsa, ölkə başçısının adı ilə bağlayırlar, bu da məni mənən məhv edir. Təcili icra strukturlarına keçid edilməlidir. İlk növbədə Prezident Administrasiyasından başlamaq lazımdır. Burada kif atmış çox sayda məmurlar var ki, Ümummilli Liderin, Prezidentin portretini başlarının üstündən asıb hər cür yaramazlıqlarla məşğuldurlar. Ölkə başçısı bu məmurlardan, eyni zamanda Xoşqədəmlərin, Elgizlərin, Zaurların işğalından bu xalqı azad etsin. Vallah, bunları etsə xalq ona sağlığında qızıldan heykəl qoyacaq. Azpolitikadan xahişim bu yazını sünnət etməməsini xahiş edirəm
yoxlama aparıb saleh məmmədov və komandasının oğurladığı bütün pulları büdcəyə qaytarmaq lazımdır