Menu

PENSİYALAR NƏ QƏDƏR ARTACAQ? - Nazir müavini RƏQƏMLƏRİ AÇIQLADI

10.02.2026, 21:18
PENSİYALAR NƏ QƏDƏR ARTACAQ? - Nazir müavini RƏQƏMLƏRİ AÇIQLADI

Yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır.

"AzPolitika" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıb: "Yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir".

R.Mustafayev əlavə edib ki, bu il üçün pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manat nəzərdə tutulub ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir.

Nazir müavini yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6 faiz artırıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin yeni "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamı ilə 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılır.

Şərhlər

Pensiyaçı 2026-02-14 12:23:43

Həqiqətən xalqı ələ salmaq kimi qiymət veririk bu məsələlərə.Pensiya 9.3% indeksləşdirildi,ancaq real indeksasiya 30-40 faizdir.Bunun xeyrindən çox ziyanı oldu.Qazın limiti də bizi lap əldən salıb.Pensiya heç qaza bəs etnir,analoqu olmayan inkişafdayıq,belədə davam edin görək axırı necə olacaq.

Təqaüdçü 2026-02-11 11:06:16

Təqaüdçülərin ağır vəziyyəti, dözülməz yaşam ıkkanı (axı onların sayı böyük bir odudur .Bir milyondan çodur.Onlar seçkilərdəsəsverməsələr hansıseçkikeçərliolar?) niyə möhtrəm Prezidentə çatdırılmır7 Bəlkə insafa gələn olar.təqaüdçülər də nəzərə alınar.

Pensiyaçı 2026-02-10 22:34:42

Bu nazirlik nağılbazlar yığınıdır. birinə 10000 manat,o birinə 350-manat pensiya hesablayıb sonra orta rəqəm çıxarıb aldatmaca ilə məşğuldurlar.

Mubariz 2026-02-10 12:48:53

Bu bisavadlar biznən məzələnir -yenə orta aylıq pensiya məbləğini gözümüzə soxurlar , 30-40 manat pensiya artırıblar ,qiymətləri isə 60-80- faiz qaldırıblar .Utanın heç olmasa belə ifadələr işlətməyin .Yaqub Eyyubovun oğlunun dondurulan bir milyard dollarını gətirib paylayın

Pensiyaçı 2026-02-10 10:45:05

Heç qiymətlərdən xəbəriniz var!!!!!!
Guya pensiya artıb!!!!
Heç olmazsa ələ salmayın xalqı!!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol