Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.
"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Rəşad Sahil oğlu İsmayılov 1979-cu ildə anadan olub.
Rəşad İsmayılov 27 avqust 1979-cu il təvəllüdlüdür. Bakı Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlayıb. 2005-2006-cı illərdə “Star LTD” MMC-də hüquqşünas işləyib.
2006-cı ildə Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis kimi çalışıb;
2006-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi; 2009-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində böyük hüquq məsləhətçisi işləyib;
2010-2012-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunal və təmir xidmətində hüquqşünas kimi çalışıb;
2012-2013-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin Hüquq ekspertiza sektorunun baş məsləhətçisi;
2013-2016-cı illərdə Hüquq və təşkilati təminat Hüquqi ekspertiza sektorunun müdiri işləyib;
2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri kimi çalışıb;
2018-2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri;
2019-2024-cü illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

Şərhlər
Axı bu adamın nətəhsili.nə indiyə qədərki iş ətcrübəsi ekoogiya ilə əlaqəsi olub.Bundan hansı gözləntlər ola bilər?niyə ölkbelə təsadüfi adamların idarəsinə buraxılıb?Hakimiyyət nə etmək istəyir?
Ne meseledirse hansi nazirin CV ne baxirsan hec biri demek olar ki , herbi xidmetde olmayiblar ..
Lənkəran rayonu Kosalar kəndində yerləşən Ağasəlimim karyeri Lənkəran cayın yatağını bərbad vəziyyətə salıb.kənd sakinlər yollara tökməyə qrabel tapa bilmir.blr kamaz qrabel 250 manata satılır.şebenin kubu 25 manat.xahiş edirik müvafiq tədbirlər görülsün
Balakən çayında balıqlar yoxa çıxıb hər il balıq tuturduq indi dənə dünə balıq var onlarda yaralı xəsdədir üzgəcləri və dərilərində qanlı şişgin yaralar var dağda filiz yatağında işlər gedir ordakı suyu balakən çayına axıdırlar 3 ildən çoxdur ki balakən çayın suyu sapsarı palçıq kimi gəlir o xəsdəlik yayda orda çimən uşaqlara keçsə problem onda başlayacaq imkan varsa suyun çirkliliyi nədən qaynaqlanır baxardız həmin sudan kənd sakinləri suvarmayada istifadə edir və bəzi mal qarada o sudan içir
Uğurlar olsun cənab nazir.Lənkəranı yaddan çıxarmayın.Belə ki Ağasəlim və oğulları açdıqları karxana ilə Lənkəran cayın yatağını bərbad hala salaraq bütün çay boyu beton mühafizə səslərini belə dağıdıb satıblar.Qəsəbə sakinləri yollara tökməyə qrabel tapa bilmirlər.Xahiş edirik məsələ ciddi şəkildə araşdırılsın.