Türkiyənin xarici işlər naziri Hakan Fidanın qatıldığı bir televiziya proqramında “Türkiyənin nüvə silahına sahib olması lazımdırmı?” sualını cavabsız qoyması İsrail və Yunanıstanda müzakirələrə səbəb olub.

İsrailin “Israel Hayom” qəzeti Fidanın susqunluğunu belə şərh edib: “Türkiyənin xarici işlər naziri suala cavab vermədi. Lakin təkcə təbəssümü ilə belə lazımi ünvanlara çatmalı mesajı verdi”.

Yunanıstan mətbuatından “Europost” isə Fidanın cavabsız qoyduğu sualı “Afinanın qorxularını artıran addım” kimi qiymətləndirib. 

Nəşr yazıb ki, Fidan Ankaranın nüvə silahı əldə etməyi planlaşdırıb-planlaşdırmadığı barədə suala uzun sükutdan sonra cavab verməməyi seçərək sual işarələri yaradıb. 

Məqalədə qeyd olunur ki, onun heç nə deməməsi əslində çox şeyi ifadə edə bilər və təbəssümü, susqunluğu, kameraya baxışı Türkiyədən verilən səssiz siqnal kimi dəyərləndirilib.

"AzPolitika.info"