Səbuhi Qurbanov Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru vəzifəsini icra edəcək.

"AzPolitika" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, Səbuhi Qurbanov ötən il Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.