Gələn ay hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı keçiriləcək. “AzPolitika” bildirir ki, bu barədə ”Gununsesi.info”ya hakim partiyadakı mənbələr bildirib.
Məlumata görə, YAP-ın qurultayında partiyanın İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibində ciddi dəyişiklik olacaq. Bildirilir ki, YAP-ın ötən qurultayından keçən 5 il ərzində partiyanın fəaliyyətində ciddi dönüş olmayıb. Buna səbəb isə YAP İdarə Heyətində təmsil olunan şəxslərin böyük əksəriyyətinin ölkənin ictimai-siyasi həyatına nabələd şəxslərin olmasıdır.
“Ona görə də YAP -ın rəhbər heyətində ciddi keyfiyyət dəyişikliyinin olması labüddur”, - deyə mənbə əlavə edib.
YAP-dakı başqa bir mənbə də mart ayında qurultay keçiriləcəyi barədə məlumatı “AzPolitika”ya təsdiqləyib. Qeyd olunur ki, YAP rəhbərliyində ciddi dəyişikliklər olacağı gözlənilir. Bu sırada hakim partiya sədrinin müavini və İcra Aparatının rəhbərinin də yeni şəxs olacağı gözlənilir. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə həmin postu tutan Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən çıxarılaraq Nəsimi rayonuna icra başçısı təyin edilib. Onun vəzifəsinin kiçildilməsi YAP rəhbrliyində də tutduğu mühüm postu itirəcəyinə işarə sayıla bilər. Yerli media onun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləcəyi haqda xəbər yayıb.
Hakim partiyanın qurultayında müxtəlif ağır cinayətlərdə ittiham olunan keçmiş icra başçılarının, o cümlədən AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin YAP üzvlüyündən azad ediləcəyi gözlənilir. Mənbə partiyanın idarəçiliyində bəzi dəyişikliklərlə bağlı təkliflər hazırlandığını, onların qurultay iştirakççılarının müzakirəsinə təqdim olunacağın da vurğulayıb.
Rasim
“AzPolitika.info”

Şərhlər
R.Mehtiyevin sazanı şərurlu Akif MTK- nın sahibi Tahir Nizami r/ n- icra başçısı olanda ən yaxşı torpaq yerlərini Akifə verirdi,o,vaxtlar Akif Ramizin adıyla bütün güc struktularına xox gəlirdi,düzdür Akif və qardaşları indidə Nizami r- nda at oynadırlar,üstəlik adını yaza bilməyən qardaşınıda Nizami icrasında yüksək posta təyin elətdirib.