Menu

Ukrayna dronları Krasnodarda neft terminalını vurub

15.02.2026, 17:35
Ukrayna dronları Krasnodarda neft terminalını vurub

Ukrayna dronları Rusiya Federasiyasının Krasnodar diyarında "Tamannefteqaz" neft və neft məhsullarının ixrac terminalını vurub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı öz "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, obyekt neft, neft məhsulları və mayeləşdirilmiş karbohidrogen qazlarının rezervuar parklarından dəniz gəmiləri ilə sonrakı yüklənməsi üçün köçürülməsində ixtisaslaşıb. Terminal Rusiya neftinin ixracını təmin edir və Qara dəniz donanmasının logistik imkanlarını dəstəkləyir. Krım körpüsünə yaxınlığı onun Rusiya ordusunun təminatındakı rolunu gücləndirir.

Hücum nəticəsində bir sıra partlayışlar qeydə alınıb. Vurulmanın ətraflı nəticələri dəqiqləşdirilir. Bundan əlavə, Baş Qərargahın məlumatına görə, Krımda "Pantsir-S1" zenit raket kompleksi uğurla vurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol