Menu

Nazirdən yeni kadr təyinatı - Bir nazirlikdən digərinə vəzifəyə getdi

16.02.2026, 22:16
Nazirdən yeni kadr təyinatı - Bir nazirlikdən digərinə vəzifəyə getdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı olub.

"AzPolitika" Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mahmud Abdullayev qurumun Əmək siyasəti şöbəsinin Əmək siyasətinin təkmilləşdirilməsi sektorunun müdiri təyin olunub.

Qeyd edək ki, M.Abdullayev Naxçıvanda doğulub. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasını bitirib.

Əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyində və Kənd Təsərrüfatı Nazirliyində hüquqşünas vəzifəsində çalışıb.

Şərhlər

Fuad 2026-02-18 12:55:47

Savadlı, ədəbli kadrdır. Bir yerdə işləmişik. Vətənə belə savadlı, əxlaqlı insanlar lazımdır.

Fərman 2026-02-17 01:13:26

Kadrlar uxtisas.iş təcrübəsi düşünülmədən turist kimi nazirliklər gəzdirilir.Ona görə bütün sahələr it günündədir.

İbrahim 2026-02-16 17:49:07

Naxçıvan yetirir! Orada kadrlar.generalar anadan doğulanda vəzifələri bəlli olur.bu necə olur? Məgər Azərbaycan Naxçıvandan ibarətdir? burada hansıəmma var? ..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol