Bakıda fəaliyyət göstərən "Liv Bona Dea" Hospital pasiyent, Əli və Nino Kitab Mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə qarşı məhkəməyə müraciət edib və yüksək məbləğdə təzminat tələb edir.
“AzPolitika” bildirir ki, “Bakupost.az"-a daxil olan məlumata görə, klinika Nigar Köçərlidən ümumilikdə 222.395 manat tələb edir. Bu məbləğin 218.886 manatı maddi zərər, 509 manatı dövlət rüsumu, 3.000 manatı isə hüquqi yardım xərci kimi göstərilib.
İddia pasiyentin sosial şəbəkədə etdiyi paylaşımlarla bağlıdır. Saytda dərc olunan xəbərdə qeyd olunur ki, Nigar Köçərli sözügedən klinikada əməliyyat olunub və sonradan şəxsi hesabında əməliyyatdan sonra ona qarşı çox pis rəftar edildiyini, həm fiziki, həm də psixoloji sarsıntı keçirdiyini yazıb. O bildirib ki, əməliyyatın uzanması və sonrakı münasibət onda ciddi travmaya səbəb olub.
Bununla bağlı xəstəxana rəhbərliyindən izah tələb edən Nigar Köçərli səhlənkarlığa yol verən əməkdaşların cəzalandırılmasını istəyib. Klinikadan isə bu müraciətə cavab olaraq ittiham xarakterli açıqlama gəlib.
Pasiyentin son paylaşımlarından görünür ki, hazırda o psixoloji gərginlik yaşayır və həkimlərdən yardım istəyir.
Klinika isə həmin paylaşımların onların işgüzar nüfuzuna zərər vurduğunu əsas gətirərək məhkəməyə müraciət edib. İş hazırda icraatdadır.
“AzPolitika.info”

Şərhlər
Oğru elə bağırdı , doğrunun bağrı yarıldı...
həyasızlıq
Nüfuzlu *Liv Bona Dea* Hosptalı və Mağazalar *Rəhbəri* N.Köçərli öz tibbi müalicə iddilarını Məhkəmədə 222395 azn təzminata qaldırıblar? Bu hesabdan Ermənistanın küləvi deport etdiyi 165 min və keçmiş Qarabağ (DQMV Sovetliyi) Hərbi terorçularının öz doğma evlərindən qovduqları 330 min ailə üzvlərinə, 13 mindən çox günahsız məhv edilələrin ailələrinin otuz ilə nə qədər təzminat düşür???