Məşhədin cümə namazının rəhbəri axund Əhməd Ələmülhüda dekabrın 28-də jurnalistlərə açıqlamasında 4 ilə yaxındır ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən danışıb.
“Media forum” saytının məlumatına görə, axund Ələmülhüda deyib ki, Musəvi və Kərrubi mühakimə olunmalıdır: “Fitnə başçılarının (Musəvi və Kərrubi – red.) üzərindən həbsin götürülməsi, onların azadlığa buraxılması Məhkəmə Sistemi və təhlükəsizlik orqanlarının işidir. Musəvi və Kərrubi azadlığa buraxılandan sonra mühakimə olunacaqlar. İran Məhkəmə Sistemi fitnə başçılarının işinə baxmalıdır”.


Şərhlər