Rusiyada aprelin 1-dən “Telegram”-ın fəaliyyəti tam dayandırılacaq.
“AzPolitika” xəbər verir ki, bu barədə "Baza" kanalı bir neçə dövlət qurumundakı mənbəyə isinadla məlumat yayıb.
Məlumatda deyilir ki, Roskomnadzor 1 apreldən etibarən “Instagram” və “Facebook”-da olduğu kimi bu messencerin də tam bloklanmasına başlayacaq. Bu tədbir bütün Rusiyada tətbiq olunacaq: tətbiq nə mobil şəbəkələrdə, nə də sabit internet sistemlərində yüklənməyəcək.
Xatırladaq ki, son günlər təkcə sıravi rusiyalılar deyil, Ukrayna cəbhəsindəki əsgərlər də “Telegram”-ın məhdudlaşmasından şikayət edirər. Kremlin bu messenceri bloklaması ölkədə senzuranın daha da sərtləşdirilməsinin göstəricisi hesab olunur.
“AzPolitika.info”

Şərhlər