“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamda su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qəbul edilmiş tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulur”.
"AzPolitika" xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirib ki, Milli Strategiyada su ehtiyatlarının effektiv idarə edilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub və bu çərçivədə sosial-iqtisadi vəziyyət, investisiya qoyuluşu nəzərə alınmaqla tariflərin diferensiallaşdırılması nəzərdə tutulur: “Bu yanaşma su təsərrüfatı sahəsində vahid və təkmil idarəetmə modelinin qurulmasına, dövlət–özəl tərəfdaşlığının inkişafına, maliyyə resurslarının daha səmərəli planlaşdırılmasına xidmət edir. Tarif siyasətinin yenilənməsi su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sisteminə keçid və xərclərin real iqtisadi əsaslara uyğunlaşdırılması ilə əlaqəlidir. Bu yanaşma tariflərin real istismar, xidmət, texniki qulluq və investisiya xərcləri əsasında formalaşdırılmasını təmin etməyə yönəlib.Tədbirlər Planında tariflərin beynəlxalq təcrübə əsasında diferensiallaşdırılması ilə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması ayrıca tədbir kimi müəyyən edilib”.
Qurumdan qeyd edilib ki, tarif siyasətinin əsas məqsədi yalnız qiymət tənzimlənməsi deyil, bütövlükdə su təsərrüfatı sisteminin modernləşdirilməsi və dayanıqlı maliyyə modelinin qurulmasıdır.
“Milli Strategiyaya əsasən diferensiallaşdırılmanın sosial-iqtisadi amillər və investisiya ehtiyacları nəzərə alınmaqla, xərclərə əsaslanan model üzrə mərhələli keçidlə, beynəlxalq təcrübəyə uyğun mexanizmlərlə, pilot tətbiqlər və regional qiymətləndirmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulur.
“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi müvafiq dövlət qurumuna müraciət ünvanlayıb”,- deyə ADSEA-dan əlavə edilib.
Qeyd edək ki, su tariflərinin diferensiallaşdırılması planları əvvəllər də bəyan edilmişdi. Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri bildiriblər ki, "yeni modelə əsasən, aşağı gəlirli qruplar üçün güzəştli tariflər müəyyən edilə bilər, yüksək su istehlakı olan istehlakçılar və kommersiya qurumları üçün isə qiymət səviyyələri fərqli olacaq". Rəsmi məlumata görə, model hazırlanarkən "Türkiyə və Avropa ölkələrinin təcrübəsi öyrənilib".
Hazırda Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayonunda sakinlər üçün ƏDV daxil olmaqla bir kubmetr su üçün tarif 70 qəpik, digər inzibati vahidlərdə isə 60 qəpikdir. Çirkab sularının axıdılması tarifi ölkə üzrə hər kubmetr üçün 30 qəpik müəyyən edilib.
"Gununsesi.info"-nun əldə etdiyi məlumata görə, bununla bağlı Tarif Şurasının Tarif Şurasının gündəliyində olan yeni təklifə görə, 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatla hesablanması nəzərdə tutulur.
"AzPolitika.info"

Şərhlər
1 KUB M. 10 MANAT OLSA DA AZƏR SU ZİYANLA İŞLƏYƏCƏK.İDARƏCİLİYİN OLMAMASI,KORRUPSİYA ŞƏFFAFLIĞIN 0SƏVİYYƏSİ ZİYANLA İŞLƏMƏKDƏ DAVAM EDƏCƏK.
1 KUB M.10 MANAT OLSA DA AZƏR SÜ
Tarif Şuası ləğv edilməli, səlahiyyətləri MM veilməlidir ! Suyun qiymətini qaldırmaqdansa idarələrin maliyyə sahəsinə nəzaərət olunmalıdır Şəki Su İdarəsdinin müdiri Bayram Məmmədovun top dağıtmaz sərvətləri var, milyardla ölçülür. İdarəmnin bütün işçiləri savadsız qohum-qardaşlarıdır. Korrupsioner Rövşən Ədilovuda idarəyə hüquqşünas vəzifəsinə işə qəbul edib, görəsən kimin hüququnu müdafiə edəcəkdir. Diplomu saxta, savadsız bi adamı yüksək vəzifəyə təyin etməklə, dövlət əmlakının talan olunmasına gətirib çıxaır. Köklü yoxlama işləri aparılmalıdır, bayramın özbaşnalıqlarına son qoyulmalıdır.
Suyun qiyməti 10 manat da olsa Azərsu deyəcək qiymətləri yenə qaldırın ziyanla işləyirik.İndi 20 manata sənədləşdirdiyi malı 100 manata sənədləşdirəcək.Yol ğöstərirəm.Hansı təşkilat qiymətlərin artırılmasını istəyirsə fəaliyyəti yoxlanılsın onda yeyilən pullar aşkar olacaq, yoxsa bunun sonu olmayacaq.
30-40-man pensiya qaldırdılar bizi minib çapacaqlar ?Haramnız olsun ....
Siz insanlara Avropa maaşı,pensiyaları verirsinz ki ,ödəniş tariflərini Avropaya çatdırırsınız? ....
Vijdanınız olsun Azərbaycanda su yanacaqdan bahadı...