Menu

UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub

19.02.2026, 00:00
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-p., 34, 45+1-p.), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.

Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.

Cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.

Şərhlər

Zaur Мелик 2026-02-19 11:41:39

Quyuya su tőkmekle quyuda su olmaz.Qerek ki quyunun õzünde su olsun. Qarabag klubu bu oynu ile gösterir ki, Azerbaycanda demek olar ki bütün diger sahelerde de veziyyet acinacaqli ve biyabirçidir. ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol