Ötən il Azərbaycan kərə yağı idxalına 145 milyon 314,5 min dollar vəsait xərcləyib.
Rəsmi statistikaya görə, ölkəyə ümumilikdə 20 min 130,4 ton kərə yağı gətirilib. İdxal olunan məhsulun 1 kiloqramının orta gömrük dəyəri 7,2 dollar, yəni təxminən 12,3 manat olub.
Ən böyük həcmdə kərə yağı İran və Yeni Zelandiyadan idxal edilib. İrandan 8 615,98 ton (1 kq – 10 manat), Yeni Zelandiyadan isə 4 269,56 ton (13,5 manat) məhsul gətirilib. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (1 635,63 ton – 15 manat), Belarus (1 452,1 ton – 13,4 manat) və Ukrayna (1 389,8 ton – 12,5 manat) qərarlaşıb.
Finlandiyadan 945,08 ton (15,4 manat), Hindistandan 429 ton (9,8 manat), Almaniyadan 397,58 ton (16,3 manat), Fransadan 375,55 ton (16,4 manat), Belçikadan isə 213,53 ton (14,9 manat) kərə yağı idxal olunub. Türkiyə (204,62 ton – 13,4 manat), Litva (63,66 ton – 15,5 manat), Polşa (52,65 ton – 12,2 manat), İtaliya (33,76 ton – 19,4 manat) və Uruqvay (25 ton – 12,2 manat) da əsas tədarükçülər sırasındadır.
Ən ucuz kərə yağı Hindistandan (9,8 manat) idxal edilib. Türkmənistandan gətirilən məhsulun qiyməti də nisbətən aşağı olub – 9,9 manat. Ən yüksək qiymət isə Lüksemburqdan idxal olunan məhsula aiddir – 1 kiloqram üçün 233 manat. Qeyd edək ki, bu ölkədən cəmi 10 kiloqram məhsul gətirilib. Portuqaliyadan 0,66 ton (38,6 manat), İspaniyadan isə 10 kiloqram (12 manat) kərə yağı idxal edilib.
Beləliklə, ötən il Azərbaycan bazarında kərə yağı idxalı əsasən bir neçə böyük tədarükçü ölkənin payına düşüb, qiymətlər isə ölkələr üzrə ciddi fərqlənib.
"AzPolitika.info"

Şərhlər
Sual:1.Niyə kərə yağı adı ilə satıan yağlarda kərə yağı dadı yoxdur?
2. niyə soyuq su ilə yuduqda qablarda yağ izi qalmır?
3.50-55 min ton idxal olunan palma yağları harada istifadə olunur?
4.AQTA yağların tərkibi və keyfiyyətinə necə nzarət edir?
Bu suallar hamını düşündürür.Həmçinin satış qiymətlərinə nəzarət niyə aparlmır7