“Müharibə Prezident Vladimir Putin üçün daxili sabitliyin əsas amilidir”.

“AzPolitika” bildirir ki, bu barədə politoloq və iş adamı Mixail Xodorkovski öz bloqunda qeyd edib.

Xodorkovskinin sözlərinə görə, müharibə olmasa, Putinin rejimi işləyə bilmir. O, Rusiyanın əsas hərbi və geosiyasi əməliyyatlarını xatırladıb:

1999-cu il – İkinci Çeçen savaşı və Rusiyada törədilən terror aktları;

2007–2008-ci illər – Gürcüstanla müharibə;

2014-cü il – Krımın ilhaqı;

2022-ci ildən etibarən isə müharibə Putinin sisteminin ayrılmaz hissəsinə çevrilib.

Xodorkovski vurğulayıb ki, müharibə Putinin rejimi üçün hər zaman zəruridir. Problem yalnız döyüşməyə vərdiş etmiş və bununla pul qazanmış insanlarda və ya hərbi sənaye ilə bağlı olanlarda deyil. Əsas məsələ Rusiyanın vətəndaşlarına izah etməkdir ki, niyə ölkə iqtisadiyyatı artıq 10 ildir ki, böyümür və niyə həyat səviyyəsi düşür.

«Müharibə davam etdiyi müddətdə bu izah işləyir. Müharibə bitəndə izah edəcək heç nə qalmayacaq. Buna görə də Putinin çıxış yolu yeni müharibədir. O, bundan heç yerə getməyəcək», - deyə ekspert qeyd edib.

Xodorkovski hesab edir ki, əgər Avropa «tikanlı kirpi» kimi görünməsə və Putinin resursları ilə ona hücum etmək mümkün olmasa belə, Rusiya lideri daxili problemlərini növbəti müharibə ilə həll edəcək: «Mənim fikrimcə, bu barədə heç bir şübhə yoxdur».

“AzPolitika.info”