Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilirb
“AzPolitika” xatırladır ki, bugünkü iclasın gündəliyinə iki məsələ - Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi və illik hesabatının dinlənilməsi daxil edilmişdi. Lakin AMEA bu gün açıqlama yayaraq R.Mehdiyev məsələsinə yalnız ona hökm oxunduqdan sonra baxılacağı və qərar veriləcəyini bəyan edib.
“Qafqazinfo”-nun məlumatına görə, Azərbaycan elmində əldə olunmuş yeniliklərin müzakirə edildiyi toplantıda AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Toplantıda illik hesabat çıxışları səsləndirilib, ötən ilin elmi nəticələri və qarşıya qoyulan digər məsələlər diqqətə çatdırılıb.
Maraqlı məqam isə iclas zamanı zalda sükutun hökm sürməsidir. Belə ki, elmi mövzuların müzakirə edildiyi tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Bu da müzakirələrin maraqsız və sönük keçdiyinə diqqət çəkib.



















Şərhlər
Şəki kimi böyük bir rayonun İcra Hakimiyyəti "Qocalar Evi"ni xatırladır, baxan yoxdur ?
Derdeeee ) İndiye kimi , bu alimler ne icad edibler??? Havayi pul alirlar!!! Haramdiyeee Vallahi !!
Yaślilari nezere aldiq cavanlarda telefonla me§quldurda
Düşünürəm ki , onlar yatmayıb - sadəcə İ.Həbibbəylinin sifəti ilə eyniləşdirilmiş Azərbaycan Elminin xatirəsini sükutla yad edirlər.
Qocalar evi :)))
Bəa bu yat-ha-yatın kökü nədir? Yəqin bu iclasın nəticəsinə onların rəyi yox.göstərşin təsdiqlənməsi əsasdır.Ona görə "alimlər"bu məsələdəonların rəyinə ehtiyac olmadığını bildiklərindən yatmağı üstün tutublar.
Görün bu rejim Azərbaycan elmini kimlərlə irəli apatma\ğı təşkil edib.bu idarəçiliyin xəcalət güzgüsüdür. Elə bütün sahələr bu gündədir ...
Səhv edirsiniz. Alimlərimizin xasiyyətidir ki, ciddi məsələni dərindən düşünəndə adətən gözlərini yumub düşünürlər. Bu bircə bizdə belədir və dünyada nə anoloqu nə atoloqu var. Amma yaxınlarda necə də şirin, mışıl-mışıl, quzu kimi, dovşan balası kimi yatıblar. Sən həzrət Abbas oyatmayın qoyun(?) yatsınlar. Oyansalar xalqı da oyadacaqlar və sonra da mitinqlər, azadlıq meydanı, bambılı yeni Nemət, otur, qalx və sairə... Yatmaları lazımdır...
İclasda mühüm məsələlər müzakirə olunub hec onlardan danışan yoxdur.Bu Ramazan ayında oruc tutanı var, səhhətində problemi olanı var, 3-5 ziyalı yatıb onu qlobal bir problem kimi paylaşmaq həqiqətən düzgün deyil. Allah dövlətimizin bütün ziyalı insanlarını qorusun.
Yəni hamısı orucdu ? Yəni oruc tutmasaydılar yatmazdılar ?
Bir Gülümsərov çatmır.
Orada verilən maaşa ancaq yatmaq mümkündür. İdarəetmə sistemi dəyişməlidir ki, bu yaşlı insanlar saatlarla zalda oturub yatmasınlar.
Bunların çoxunun yaşı 70-dən artlqdır. Alimdirlər amma həm də yaşlı insanlardır. Olmaması lazımdır ancaq yaşlı olduqlarına görə qınamağa dəyməz deyə düşünürəm...
bu amea deyilen bir ishe yaramayan amma budceden dolanan qurumu legv etmek lazimdir
Yusif Məmmədəliyevə Allah rəhmət etsin.Azərbaycanda riyaziyyat elminin banisi Zahid Xəlilov da olub.
Azad Mirzəcanızade ise bir dahi alim kimi heç akademiyanın qapısını açmırdı.İndi isə bu baş verənləri adi hal kimi qəbul etmək lazımdır.Demək döğru olardı ki,belə akademiya heç kimə lazım deyil.
Burdakıların hamısinin müddəti bitmişlərdi
500 nəfərlik iclasda 10nəfərin belə vəziyyətdə çəkilmiş şəklini paylaşmaq, reytinq toplamaq və insanları tənqid etmək aylbdır, AYIB!!!
Bir nəfər desə azad et ediləcək, deməsə gözləmək məcburiyyətindədirlər. Odur yatsalar da, durasalarda, azad etsələr də, azad etməsələr də millət üçün yaxşıya bir şey dəyişməyəcək
"Elmimiz"ə şirin yuxular.
Ramazan ayıdır. Nəzərə alın ki, əsasən yaşlı insanlardır fotolarda. Mümkündür ki, onunla əlaqəlidir, belə iclasda iştirak edənlər vəziyyətə bələddir, oruc tutmuş birisi üçün müəyyən çətinlik, diskomfort yaradıb belə hal yarada bilər. Fotolarda bu şəkilləri çəkən və yersiz şərh yazanların valideynləri, qohumları və sair də ola bilərdi.
Yeqin AMEA-nın iclas zalında "yatmaq,mürgülemek üçün" ideal şerait var yıxsa bu qeder insan eyni vaxtda bece tara biler ?Maraqlıdur.2-ci de Yusif Memmedelitevden sonra AMEA ele bir prezident gelmeyib ki ,onun qeder dğnya seviyyeli keşfler,ixtirale etsin.
tutaq ki, heç yatmadılar, bilirlər ki, onlardan heç nə asılı deyil . Ramis nə "seçiləndə" , nə azad ediləndə onlardan nəsə soruşmuşdular kiiii.... Yatmışları razı deyiləm kimsə oyatsın. Məhkəmə nə qərqr verəcək ,
iclasın protokolu da ona uyğun tğrtib olunacaq.))))))