“Media forum” saytı xəbər verir ki, dekabrın 29-da Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin bloklardan kənar statusunu ləğv edən qanunu imzalayıb.
Qanunu ölkə parlamenti dekabrın 23-də qəbul edib.
Belə bir qanunun qəbulu Rusiyanın Ukraynaya təcavüzü, Krım bölgəsinin işğalı və qanunsuz ilhaqı ilə əsaslandırılır. Qanuna görə, Rusiyanın mütəmadi hərbi, siyasi, iqtisadı və informasiya basqısı şəraitində Ukraynanın müstəqilliyini, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün daha effektiv təminata ehtiyac var.
Sənəd Ukraynanın NATO ilə geniş əməkdaşlığını və gələcəkdə bu quruma daxil olmasını hədəfləyir.


Şərhlər