Menu

"BU, NƏ ÖZBAŞINALIQDIR, NƏ YİYƏSİZLİKDİR?..." - Deputat sərt DANIŞDI

27.02.2026, 21:06
"BU, NƏ ÖZBAŞINALIQDIR, NƏ YİYƏSİZLİKDİR?..." -  Deputat sərt DANIŞDI

“Səhiyyə nazirinin ya bəsirət gücü yoxdur, ya da..."

Səhiyyə naziri çox yumşaq adamdır, həkimlər regionlara getmirlər.

"AzPolitika" apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Səyyad Aran deyib.

“Səhiyyə naziri Teymur Musayev çox yumşaq adamdır. Ya bəsirət gücü yoxdur, ya bilmirəm nə baş verir. Həkimlər regionlara getmirlər, ya da əslində göndərilmirlər. İnsanlar rentgendən keçmək üçün Bakıya gəlməlidir. Belə şey olar? Bura gəlib rentgendən keçib sonra cavablarını aparıb rayonda həkiminə verir. Keçmişdə “balaca padşahlar” ifadəsi var idi, indi “cıqqılı padşahlar” ifadəsi meydana gəlib. Məsələn, xəstədir, təcili yardım maşınının hünəri çatmır ki, Bakıya gəlsin. Sən demə, təcili yardımla bağlı bir idarə var, bunun başçısı icazə verməsə, təcili yardım gələ bilməz. Sən kimsən? Niyə sən məxsusi olaraq icazə verməlisən? Bu cıqqılı padşahın ucbatından az qalırdı adam orada ölsün. Bu, nə özbaşınalıqdır, nə yiyəsizlikdir?", – deyə deputat bildirib.

Şərhlər

avam şofer 2026-02-28 18:19:35

Təəccüblü heç nə yoxdur.Özünüzün qurduğu sistemdir,indi narazılıq edirsiz.

Türk Turan 2026-02-27 15:56:01

Səyyad Arana təşəkkür edir, minnətdarıq. Çox sağ olun, var olun.

RAHIM 2026-02-27 12:59:34

ELƏ BİR İDARƏ VARMI Kİ,, MM DAXİL OLMAQLA XALQINA LƏYAQƏTLƏ, VİCDANLA XİDMƏT ETSİN?

Vaqif 2026-02-27 12:17:23

ay depuat.belə hal təkcə səhiyyədədir? Ölkədə hər yan belədir.İnsanarın son qəpiyini beləzbaşınalıqlar.cərimələr əəlindən alır..it yiyəsini tanımır.belə idarə olunruq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol