İrana qarşı hücum ABŞ və İsrailin müştərək hücumudur.

APA xəbər verir ki, bunu İsrail rəsmisi “Channel 12”-ə danışarkən deyib.

İsrail İranda təxminən 30 hədəfə zərbələr endirib. 

***

Tehranda partlayış səsləri eşidilib.

“Təsnim” xəbər verir ki, şəhərdən səmaya qalxan tüstü müşahidə olunur.

İsraildə isə sirenlər işə düşüb.

İsrail Müdafiə Qüvvələri (İDF)xəbər verir ki, bu əhaliyə mümkün raket hücumları ilə bağlı xəbərdarlıq məqsədi daşıyır.

İsrail Müdafiə Qüvvələri əhaliyə mühafizə olunmuş məkanlara yaxın olmağı tövsiyə edib.

Beynəlxalq KİV-lər İsrailin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını xəbər verir. İsrailin müdafiə naziri bu xəbəri təsdiq edib.

"İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı zərbə edib" müdafiə naziri İsrael Katz deyib.

O bildirib ki, yaxın gələcəkdə İsrail Dövlətinə və onun mülki əhalisinə qarşı raket və pilotsuz təyyarə hücumu gözlənilir.

Buna görə də, müdafiə naziri İsrael Katz İsrail Dövlətinin bütün ərazisində cəbhədə xüsusi fövqəladə vəziyyət tətbiq ediləcək xüsusi bir əmr imzalayıb.

"Cəbhə Komandanlığının və hakimiyyət orqanlarının təlimatlarına əməl edilməli və qorunan ərazilər qorunmalıdır", - nazir qeyd edib.

İran mediası isə Tehrana ikinci hücum dalğası barədə məlumat verir. Prezident iqamətgahının yaxınlığında partlayış səsləri eşidilib.

İsrail mediasının məlumatına görə, Tehran ərazisində artıq onlarla hədəfə, o cümlədən ballistik raket hədəflərinə hücum edilib.