SEPAH 10-cu dalğa raket hücumuna başlayıb.

"Azpolitika" xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi xəbər yayıb.

Açıqlamada qeyd olunur ki, İsrailin Baş naziri Benjamin Netanyahunun ofisi və İsrail Hava Kuvvetleri Komandanlığının yerləşdiyi ərazi "Xeybər" tipli raketlərlə hədəfə alınıb.

SEPAH iddia edir ki, hücum qəfil və dəqiq zərbələr nəticəsində həyata keçirilib və hədəflər ağır zərbələr alıb. 

Məlumata görə, Netanyahunun taleyi ilə bağlı vəziyyət hələlik qeyri-müəyyəndir.

İran tərəfi hücum zamanı ərazidə İsrail Hərbi Hava Qüvvələrinin komandanı Tomer Barın da olduğunu iddia edib.

Bununla belə, İsrail rəsmiləri sözügedən iddialarla bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Hadisə ilə bağlı əlavə məlumatlar daxil olduqca təqdim ediləcək.

"AzPolitika.info"