Menu

Sürücülərin nəzərinə: Bakını tıxac bürüyəcək

30.12.2014, 10:39
Sürücülərin nəzərinə: Bakını tıxac bürüyəcək

Bu gün səhər saatlarında paytaxtın bir sıra hissələrində tıxac yaranıb

Nəqliyyat Nazirliyi sürücülərə müraciət edib. Lent.az-ın Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, bayram günləri ilə əlaqədar olaraq bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şosesində yarana biləcək sıxlığı nəzərə alaraq səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Sumqayıt-Bakı yolunun Avtovağzaldan mərkəzədək olan hissəsində, Binəqədidən mərkəzə gələn yolda və Heydər Əliyev prospektinin mərkəzə doğru gələn hissəsində tıxac yaranıb. Axşam saatlarında paytaxtın əksər hissələrində tıxacların yaranacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol