Menu

Pezeşkian Naxçıvan hadisəsinin araşdırılacağını dedi

09.03.2026, 00:05
Pezeşkian Naxçıvan hadisəsinin araşdırılacağını dedi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.

 Azərbaycan Prezidenti bunu martın 8-də Məsud Pezeşkianla telefon danışığında deyib.

Pezeşkian da Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb.

Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol