Menu

“İranla savaşa öz oğlunu göndər” - Amerikalılar Trampa çağırış edir

09.03.2026, 12:56
“İranla savaşa öz oğlunu göndər” - Amerikalılar Trampa çağırış edir

ABŞ-də minlərlə vətəndaş Prezident Donald Trampın kiçik oğlu Barronun İrana göndərilməsi üçün orduya çağırılmasını tələb edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb. Qəzet bununla bağlı petisiyanı özündə əks etdirən veb sayta istinad edib.

Nəşrin məlumatına görə, sosial mediada Trampın hərəkətləri və İrana quru qoşunları göndərmək planları ilə bağlı həm qəzəb, həm də dəstək artır.

Məqalədə deyilir: "#SendBarron" heşteqi altında minlərlə insan Trampın kiçik oğlu Barronun orduya çağırılmasını tələb edir”.

Qeyd olunur ki, ABŞ Prezidentinin oğlunu İrana göndərmək tələbini ilk olaraq yazıçı Tobi Morton irəli sürüb.

“AzPolitik.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol