Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

"AzPolitika" xəbər verir ki, telefon danışığının Pezeşkianın təşəbbüsü ilə baş tutduğu bildirilir.

Məlumatda bildirir ki, Pezeşkian İranın Türkiyəyə raket zərbəsi endirməsi ilə bağlı iddiaları təkzib edib. İran prezidenti bildirib ki, Tehran regionda gərginliyin azalmasına çalışır və Türkiyəyə qarşı hər hansı hücum həyata keçirməyib.

Pezeşkian Türkiyəyə qarşı raket hücumu ilə bağlı iddiaların araşdırılması üçün iki ölkənin birgə araşdırma qrupu yarada biləcəyini təklif edib.

İran prezidenti onu da  bildirib ki, İsrail və ABŞ İranla qonşu ölkələr arasında qarşıdurma yaratmağa çalışır və onlara bağlı bəzi media qurumları İranın Türkiyəyə raket hücumu etdiyi barədə iddialar yayır.

Ərdoğan da Ankaranın İranla qarşıdurma niyyətində olmadığını vurğulayıb. Türkiyə Prezidenti bildirib ki, mövcud vəziyyətdə diplomatiya qapılarının açıq saxlanılması hər zamankından daha vacibdir.

Tərəflər söhbət zamanı regionda təhlükəsizlik vəziyyətini və gərginliyin daha da artmaması üçün mümkün addımları müzakirə ediblər.

Qeyd edək ki, martın 9-da Türkiyə Müdafiə Nazirliyi İran ərazindən atılan yeni raketin ölkə səmasında vurulduğunu bildirib. O, Şərqi Aralıq dənizində NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vurulub. Raketin parçaları Türkiyənin cənub-şərqindəki Qaziantep əyalətinə düşüb, hadisə nəticəsində heç kim xəsarət almayıb.

"AzPolitika.info"