Menu

Qubanın üç kəndinin adı milliləşdirilir - Qərar verildi (Yenilənib)

11.03.2026, 21:03
Qubanın üç kəndinin adı milliləşdirilir - Qərar verildi (Yenilənib)

Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonu ərazisində üç kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub.

"AzPolitika" xəbər verir ki, iclasda Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi müzakirə olunub.

Müzakirələrin yekunu olaraq Vladimirovkanın Elbir, Alekseyevkanın Çinarlı, Timiryazevin isə Bəhrəli adlandırılmasına qərar verilib.

Məsələ Milli Məclisin plenar iclasına təklif olunub.

***

Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək.

Bu barədə Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.

O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək:

"Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir".

M.Quliyev əlavə edib ki, dəyişikliklə əlaqəli müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.

Şərhlər

Nicat 2026-03-11 19:32:10

Əla əhsən

Əli 2026-03-11 12:37:48

Milli Məclisimizin bu möhtəşəm qərarından sonra bu üç kəndlərin əhalisi təzə adlarını ən azı 3-4 il çörəyin üstünə yaxıb yeyib içib qurtara bilməyəcəklər... Sağ əlləri ölkəmizdəki 4-5 min kənd əhlinin başına...

TARİX 2026-03-11 10:18:15

Soy adları nə vaxt dəyişdiriləcək???

Rüstəmova Mirvari 2026-03-11 08:43:15

Yaxşı təklifdir,nəzərə alınsa yaxşı olardı.

Rüstəmova Mirvari 2026-03-11 08:41:46

Yaxşı təkli, nəzərə alınsa yaxşı olardı.di

Türk Turan 2026-03-11 04:22:53

Əla, bütün kəndlərin, inzibati ərazi dairələrinin adları milliləşdirilməlidir! ❤️

Eldeniz 2026-03-10 18:46:01

Olmazdi ki , hemin kendlere onlarin oz razilgi ile oz kendlerinden ya da Qubanin diger kendlerinden olan Veten yolunda sehid olmus qehremanlarimizdan birinin adini vereydiler .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol