Menu

Tehranda qətlə yetirilən generallarla vida mərasimi keçirilib - VİDEO

11.03.2026, 19:56
Tehranda qətlə yetirilən generallarla  vida mərasimi keçirilib - VİDEO

Tehranda ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan İran generalları və mülki vətəndaşlarla vida mərasimi keçirilib.

İran mətbuatı xəbər verir ki, vida mərasimi paytaxtın “Enqelab” meydanında baş tutub.

Minlərlə şəhər sakini İran İslam İnqilab Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Pakpur, müdafiə naziri Əziz Nəsirzadə və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvini və mülki vətəndaşları son mənzilə yola salmaq üçün meydana toplaşıb.

Tədbirlə əlaqədar Tehranın mərkəzi küçələrində izdiham yaranıb. (“Qafqazinfo”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol