Türkiyə Milli Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib.
Bu barədə qurumun "X" sosial səhifəsində məlumat paylaşılıb.
Məlumatda bildirilib ki, İrandan atılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib:
"Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər cür təhdidə qarşı lazımi bütün tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülməkdə, hadisənin bütün aspektləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılmaqdadır Milli təhlükəsizliyimiz prioritet olmaqla bölgədəki bütün hadisələr diqqətlə izlənilməkdə və qiymətləndirilməkdədir".
***
İran ərazisindən atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib.
“AzPolitika” xəbər verir ki, bu barədə AZƏRTAC-a Ankaradakı hərbi mənbələrdən məlumat verilib.
Qeyd olunur ki, hazırda düşən raketin qalıqlarına dair heç bir məlumat yoxdur: “Sosial mediada yayılan görüntülər raketin vurulma anını deyil, qalıqların atmosferə daxil olarkən yanmasını əks etdirir”.

Şərhlər