Menu

VİTSE-SPİKER DƏHŞƏTLİ RƏQƏMLƏRİ AÇIQLADI - "50 minə yaxın müəllimin ixtisar riski yaranıb”

13.03.2026, 21:29
VİTSE-SPİKER  DƏHŞƏTLİ RƏQƏMLƏRİ AÇIQLADI  - "50 minə yaxın müəllimin ixtisar riski yaranıb”

“Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda yüz altmış mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici yüz minin altında olub". 

"AzPolitika" xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.

Əli Əhmədov daha sonra demokrafik vəziyyətlə bağlı dəhşətli statistikanı açıqlayıb: “2015-ci ildə orta məktəblərdə 1.5-1.6 milyon uşaq təhsil alırdısa, bir neçə il sonra məktəblərdə təhsil alan uşaqların sayı 1 milyon olacaq. Bu da 50 minə yaxın müəllimin ixtisarı riskini də yaradır. Bir neçə on il sonra isə pensiyada olan əhali ilə işləmək qabiliyyəti olan əhali arasında nisbətdə ciddi dəyişiklik olacaq. Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əli müəllimin (red: Baş nazir Əli Əsədov) başçılığı ilə hökumət demoqrafik məsələlərə diqqəti artırmış olacaq”, - Ə.Əhmədov qeyd edib. 

Şərhlər

Rasim Quliyev 2026-03-14 09:59:07

Tanışlarımı 40 yaşı var evlenmirler sorushanda sebebi deyir ev lazimdir,iş lazimdir.Ipoteka minimum 150000 dir evlerin qiymeti en azi 180000 den bashlayir 25 il her ildə 8 % bu nece olur.Mekteb de usaq icutmaq problemdir o bele pul teleb edir.Sizde deyirsiz evlen hansi pulla 63 yasli adami ishden ixtisar edirler sual veren yoxdur bu yashda harda ishleyecek ??45 den sonra işə adamįn olmasa goturmurler.Ofisanta bele adam lazimdir.Sizdə burda artimdan danishirsiz ne artim ?Hansi pulla aile dolandirsin??Kişiyə nese olsa o aile cezdi bir menali

Vətəndaş 2026-03-14 01:47:55

Axsaq üşşəyin kor nalbəndi olar.

Sərvaxt Mütəllimli 2026-03-13 20:47:22

Vitse Spiker əhali artımının azalmasını əsasən hansı hesabi, ya strateji səbəbli izah edir? Eləcə də, normallaşma proqnozu hansı ilə gözlənir? Demək olar ki, İnsan Kapitalı, Layihə təchizatları, Sosial-İqtisadi yardım və Sosial Rifah şüarları səsləndirməyən ölkələrdə işçi vətəndaşın orta illik dəyəri Yüz Min ABŞ & ətrafındadır. Bizim dövlətdə neçə-on bir min azn?

B.Kolxozdar 2026-03-13 15:35:26

Yenidən qurulan Ağıllı rayon-şəhər Mərkəzləri və xüsusən çoxsaylı ağıllı kəndlər üzrə bu risklərin qarşısını geniş məsləhətli düşüncələrlə nəzərə alınıb! Oralarda nəinki 300-500 yerlik tam orta məktəblər, hər vətəndaşın iş-məşğuliyyət yerləri, təsərrüfat sahələri, özəl və dövlət ferma, emal sahələri çoxdan (necə deyirdilər-Pod Klyuç?) qurulub!!!

Mehman 2026-03-13 14:20:09

Öndəgedənlərimiz hansısa bir dövlətdə hansısa bir "çöl pişiyi"nin nəsli kəsilməsin deyə milyonlar ayırır , başına dönüm şimali Azərbaycan Türkləri qırmızı kitaba salınmalıdır. kitaba bacarmırsız heç olmazsa dəftərə salın. uşaqpulu verin millət artacaq

Tahir 2026-03-13 13:31:47

Əli Əhmədov anlamasa da etiraf edir ki, hökumətimizin apardığı analoqsuz siyasət nəticəsində xalqımız ilbəil azalır...Xlqımızın nəsli kəsilməyə doğru gedir amma düşünən yoxdur

Müəllim 2026-03-13 13:08:32

Əli Əhmədov hələ də anlaya bilmir ki.ölkədə evlənmə yaşının artlmı,boşanma sayınn artması, əhalinin güzəranının heç bir səbəb. ənğəl olmadığı halda gündən günə ağıraşdırıması nəticəsində doğum sayıazalır.orta yaşam həddi aşağı düşür.İkinci tərəfdən bir sinifə 45-5o uşağın doldurması nəticəsində təhsilin keyfiyyətini unudub müəlimlər saın ıazaltmaq hansı antixalq düşüncəsinin məhsuludur?əli əhmədov bunları düşünə bilirmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol