Menu

"Hər piyadaya görə maşın saxlamaq vaxt alır, 7-8 nəfər toplaşsın..." - Deputatdan qeyri-adi təklif

13.03.2026, 21:33
"Hər piyadaya görə maşın saxlamaq vaxt alır, 7-8 nəfər toplaşsın..." - Deputatdan qeyri-adi təklif

“Şəhərdə tıxac probleminin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilsə də, məsələ hələ də tam həllini tapmayıb”.

"AzPolitika" “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.

“Bizə adi görünən vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişin tətbiqi əhəmiyyətli ola bilər. Yolu keçən hər bir adama görə maşının saxlanılması xeyli vaxt alır və tıxaca səbəb olur. Yaxşı olar ki, hər kəs üçün yol bağlanmasın, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra keçidə icazə verilsin. Bu həm yol mədəniyyətidir, həm də sürücülərin rahatlığı, tıxacların müəyyən qaydada aradan qaldırılması üçün vacibdir”, - deyə deputat qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Moshu 2026-03-14 19:17:59

Tahir müəllimi kifayət qədər mədəni, tərbiyəli adam kimi şəxsən tanıyıram. Lakin mənim üçün maraqlıdır ki, bu təklifi o, yuxusunumu qarışdırıb, yuxudamı görüb. Təklif verməzdən öncə fikirləşərdim, görəsən bu təklifimə nə cür reaksiya olacaq. Camaat dəli olanda mollanın yanına gedir, molla dəli olanda neynəməlidir? Bax əsas sual budur.

Vətəndaş 2026-03-14 17:06:29

.Belə Məclisin də belə "deputatı" olar.Sanki sürücü piadadan artıq çəxsiyətdir.o gözləyə bilməz. Ayıb !!!.

Vüqar 2026-03-14 10:04:13

Çox gözəl təklifdir. Mən bu mədəniyyət formasının ilk dəfə 1985 - cı ildə Almaniyada şahidi olmuşam. Hər birimiz gün ərzində həm sürücü həm də piyada oluruq.

Deputata 2026-03-14 01:56:53

Ağıl dyası!

Adaş 2026-03-13 18:55:35

Tahir müəllim il ərzində mürgüləyir, mürgüləyir diksinib ayılanda elə absurd təkliflər verir ki, adam bilmir gelsin, ağlasın, qışqırsın, bağırsın..... Hələ bu adam bu ağılla, bu təfəkkürlə hələ bir komitə sədridir ay məni qınayan..... Görün necə kül olub başımıza ....

Rüfət 2026-03-13 17:32:52

Tam doqru sozdu. Koroqlu Rehimov kucesinde Mellimler unversitetinin qabagindaki kecidde veziyyet ele idi svetafor qoyuldu yolda tixac azaldi yoxsa her 1 nefere gore masin dayanirdi yolda tixanirdi. Cox yaxsi fikirdi

Bayram 2026-03-13 17:29:59

Bu çox gözəl və təqdirə layiq təklifdir...

pensiyaçı 2026-03-13 17:22:53

7 NƏFƏR GÖZLƏYİR .... 8- ci gəlmir ki, gəlmir.

pensiyaçı 2026-03-13 16:48:58

1863-cü ildə Lombrozo özünün Dahilik və Dəlilik kitabını nəşr etdirir. O, bu kitabda dahi insanlarla dəlilər arasında paralel şəkildə müqayisələr aparmışdır. Bu kitabda o, bəşəriyyətin böyük nümayəndələrinin əməli şəkildə diaqnozunu vermişdir. Lombrozonun öz kitabında haqqında yazdığı məşhur insanların hamısı artıq dünyasını dəyişdiyindən onlar yazılanları təkzib edə bilmirdilər. O, bu əsərində dahi insanlarla dəli insanların fiziki oxşarlığı və müxtəlif hadisələrin (atmosfer, irsiyyət) dahiliyə və dəliliyə təsiri haqda yazmışdır. Bu əsərdə o, çoxlu misallar gətirərək, yazıçıların bir çoxunda psixi pozuntunun, dahi insanların xüsusi özünəməxsusluqlarının olmasını və dahi insanların eyni vaxtda dəlilikdən əziyyət çəkdiyini bildirmişdir. Lombrozo cinayətkarları 4 tipə ayırmışdır:

Qaniçən
Oğru
Zorbalıq edən
Fırıldaqçı
Nəzərə almaq lazımdır ki, verilən tipologiya bugünə qədər də saxlanılır.

İstinadlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol