Menu

NEFT BAHALAŞIR: ƏHALİYƏ XEYRİ VARMI? – “Qazandığımızı artıqlaması ilə itiririk”

13.03.2026, 18:01
NEFT BAHALAŞIR: ƏHALİYƏ XEYRİ VARMI? –  “Qazandığımızı artıqlaması ilə itiririk”

İrana qarşı hərbi əməliyyatlar gözlənidliyi kimi, dünya bazarında nefti bahalaşdırıb. Azərbaycanın neft ölkəsi olduğunu nəzərə alsaq, bu bahalaşmanın ölkəmiz üçün müsbət amil olduğunu düşünmək olar. Bəs bunun əhalinin güzaranına hansısa müsbət təsirini gözləməyə dəyərmi?

“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı paylaşımında neftin bahalaşmasının sərfəli və ziyanlı tərəflərinə toxunub: “Neft bahalaşır. Bu, Azərbaycana xeyirlidir, bəs hökumət sosial xərcləri artıra bilərmi?!

Neft bahalaşanda, təbii ki, Azərbaycanın valyuta gəlirləri, daxilomaları, ticarət dövriyyəsinin müsbət saldosu artır – bu, çox yaxşıdır.

Amma dünyada neft bahalaşanda mal və xidmətlərin maya dəyəri, daşınma xərcləri, logistik yollarda xaotik duruma görə sığorta xərcləri də artır. Azərbaycan isə yediyinin-içdiyinin 75%-ni, geyindiyinin 87-88%-ni, əlində tutduğu telefonun, işlədiyi kompüterin 100%-ni, sürdüyü maşının 99,5%-ni, avtomobil ehtiyat hissələrinin 99%-ni və s. xaricdən idxal edir. İdxaldan bu qədər asılı olan ölkə, neft qiymətlərinin artmasına görə qazandığını idxaldan asılılığa görə artıqlaması ilə itirir.

Neft gəlirlərinin artması sosial xərcləri birbaşa artırmaz – bəlkə buna heç ehtiyac da yoxdur, gəlir artırsa, vergi-rüsum-cərimələri azaltsınlar, bu daha yaxşı, daha doğru, daha təməl addım olar, iqtisadi aktivliyi canlandırar...”

“AzPolitika.info”

Şərhlər

Natiq Cəfərliyə 2026-03-19 19:52:07

Natiq bəy sanki Azəbycanda yaşamır.Elə məsələ açır ki.bunun indiki idarəçiliklə heç Natiq Cəfərli-yəbir əlaqəsi olmadığı hamıya aydındır.Məlumdur ki.neft dünyada bahalaşdıqda Azərbaycan ixrac edən dövlət olduğundan gəlirləri artır.Qiymət aşağı düəndə isə azalır.Amma neftin qiymətinə aşağı düşəndə və ya qalxanda da daxili bazarda həmişə qiymət qalxması cəhdləri baş verib.Belə halda bu məsələni ortaya atmağın mənası qaranlıq deyil?Bura Azərbaycandır...

irade 2026-03-16 00:12:58

neftin qiymeti ne qeder artsada neft iwcilerinin emk haqqinda hic bir artim.olmur nece illerdi

Fariz 2026-03-14 16:09:45

Necə xeyri varki dərhal avtobuslarda gediş haqq6b gecəynən bahalaşdı həmişəki kimi

Vəli 2026-03-13 20:45:58

Əhaliyə 100 faiz xeyri yoxdur. Olsa olsa xiyarı ola bilər ki, o da podvoprosdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol