"Bu çox pis oldu". Bunu arqument. az-a ötən gün prezident İlham Әliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan NİDA-çı Zaur Qurbanlı deyib.
O, bildirib ki, əslində onlar bütün nidaçıların əvf olunacağını gözləyiblər: "Biz 6 nəfərin əfv olunacağını gözləyirdik. Təəssüf ki, hakimiyyətin NİDA-dan qorxusu bir daha özünü göstərir. İki-iki buraxırlar ki, bəlkə, bu, bir az təhlükəni azaldar. Amma bu, çox pis oldu. Məmməd Әzizovla bir kameradaydım. İfadə eləmək mümkün deyildi, orda biz nə çəkmişik bir gecə ərzində. Elə bir vəziyyətə saldılar ki, burnumuzdan gətirdilər. Çox istəyirdik ki, hamımız bir yerdə çıxaq. Təəssüf ki, ona imkan vermədilər".
Zaur Qurbanlı əfv sərəncamına münasibətini belə ifadə edib: "Bizdə tutmaq da əmirlədir, azad etmək də... Ona görə də, uropatriotizm kimi idealistlik eləmək lazım deyil ki, yox, mən içəri qayıdacam. İndi biz içəridə qalanların azadlığı uğrunda mübarizə aparmalıyıq".


Şərhlər