ABŞ Prezidenti Donald Tramp müharibə fonunda bölgəyə əlavə hərbi qüvvələrin göndərilməsi ilə bağlı suala verdiyi cavabla gündəmə gəlib.

ABŞ Prezidenti təyyarədə verdiyi müsahibə zamanı jurnalistin Yaxın Şərqə niyə 5 min dəniz piyadası və dənizçinin göndərildiyini sualına cavab verməkdən yayınaraq, sərt şəkildə reaksiya göstərib və sualı verən jurnalisti “çox dayaz insan” adlandırıb. 

Tramp ilə jurnalist arasında baş verən bu dialoq qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Digər tərəfdən, ABŞ administrasiyasının İranla davam edən müharibə səbəbilə bölgəyə yeni hərbi qüvvələr göndərdiyi bildirilir. Tramp administrasiyasının qərarına əsasən, təxminən 5 min dəniz piyadası və dənizçinin Hörmüz boğazı ətrafına yerləşdirildiyi qeyd olunur. Bildirilir ki, bu hərbi toplanma bölgədə gərginliyin sürətlə artdığı bir dövrdə həyata keçirilib.

"AzPolitika.info"