İsrail və ABŞ İrana hücumlarını davam etdirir. İsrail ordusunun son açıqlamasında bildirilib ki, İranın Tehran, Şiraz şəhərləri ilə yanaşı Təbrizə də raket zərbələri endirilib.
Məlumata görə,Tehran və Təvrizdə partlayışlar eşidilib. Soydaşlarımız arasında ölən və yaralananların oub-olmadığı haqda məlumat verilməyib.
Qeyd edək ki, 28 fevralda İsrail və ABŞ-nin İrana birgə hücumlarından sonra regional gərginlik artıb və indiyə qədər İranın Ali Lideri Ayətullah Əli Xamenei də daxil olmaqla təxminən 1300 nəfər həlak olub.
İran İsrail qüvvələrini, eləcə də İordaniya, İraq və Körfəz ölkələrindəki ABŞ bazalarını hədəf alaraq cavab verib.
"AzPolitika.info"

Şərhlər