Menu

"İslam dünyasının gələcəyi təhdid altındadır!" - Laricani İslam dünyasını birləşməyə çağırıb

16.03.2026, 19:19
"İslam dünyasının gələcəyi təhdid altındadır!" - Laricani İslam dünyasını birləşməyə çağırıb

İran danışıqlar zamanı ABŞ-İsrail təcavüzünə məruz qalıb və bu hücum İslam Respublikasının Ali rəhbəri, eləcə də bir sıra mülki şəxslərin və hərbi liderlərin ölümünə səbəb olub.

"Report" xəbər verir ki, bu, İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin müsəlman ölkələrinə altı bəndlik müraciətində yer alıb.

"Lakin təcavüzkarlar İran xalqının sarsılmaz milli və islami müqaviməti ilə qarşılaşıblar",- o bildirib və əlavə edib ki, nadir hallar istisna olmaqla və yalnız siyasi mövqelər çərçivəsində heç bir İslam ölkəsi İran xalqının yanında yer almayıb:

"Buna baxmayaraq, İran xalqı öz güclü iradəsi ilə təcavüzkarları əzməyi bacarıb, hətta düşmən dalana dirənib və çıxış yolu tapmaqda aciz qalıb. İran Amerika və İsraillə qarşıdurmada müqavimət yolu ilə irəliləyir".

Laricani ABŞ-nin bazaları olan ölkələri tənqid edib və İsrailin İrana hücumuna dəstək verənləri qınayıb.

Müraciətin 5-ci bəndində o, İslam dünyasının gələcəyinin təhdid altında olduğunu qabardıb.

"İslam dünyası birləşsə, bütün ölkələrin təhlükəsizlik, tərəqqi və müstəqilliyi təmin edilər",- o qeyd edib.

Şərhlər

Vəli 2026-03-16 22:46:51

47 ildir islam dünyasını parçalamaq üçün mümkün olan hər şeyi edən, ali rəhbərinin müalicəsini belə islam dünyasına deyil xristian ölkəsinə etibar edən, bu gün ABŞ və israillə bərabər islam dünyasını raket zərbələrinə məruz qoyan İran İslam dünyasının birləşməsinə çağırış edir. O ölkə ki İslam dini orada siyasi dindir... Həyasızlığı həddinə bax...

Tahir 2026-03-16 22:41:29

Bahoooo!!!! Quyruğu qapı arxasında qalınca islam dünyası yada düşdü? Bunu İran--islam dünyası ölkələrini daim təhdid edən, Rusiya (xristian) Çinlə (bütpərəst) dostluq edən, bolkəni daim terrorla təhdid edən bir dövlət deyir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol