Pakistan Səudiyyə Ərəbistanının müdafiə imkanlarının gücləndirilməsi məqsədilə krallığa hərbi kontingent göndərmək qərarına gəlib.
“AzPolitika” xəbər verir ki, bu barədə Pakistanın hərbi qurumu rəsmi açıqlama yayıb.
Bildirilib ki, Pakistan hərbçiləri iki ölkə arasında mövcud olan müdafiə əməkdaşlığı çərçivəsində müəyyən edilmiş vəzifələri icra edəcəklər. Qərar İslamabadın Səudiyyə Ərəbistanının suverenliyinin, ərazi bütövlüyünün, eləcə də İslam dünyasının müqəddəs məkanları olan Məkkə və Mədinənin təhlükəsizliyinin qorunmasına sadiqliyinin göstəricisi kimi təqdim olunub.
Bununla belə, Pakistan tərəfi hərbi kontingentin say tərkibi, Səudiyyə Ərəbistanında yerləşdiriləcəyi konkret ərazilər və missiyanın müddəti barədə məlumat açıqlamayıb.


Şərhlər