Menu

"Bu münaqişənin hərbi həlli olmayacaq" - Fridrix Merts

16.03.2026, 23:19
"Bu münaqişənin hərbi həlli olmayacaq" - Fridrix Merts

İran ətrafındakı münaqişəni hərbi yolla nizamlamaq mümkün deyil, siyasi həll lazımdır və Almaniya müvafiq səylərdə iştirak etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Niderlandın Baş naziri Rob Yettenlə birgə mətbuat konfransında bildirib.

"Bu müharibənin riskləri böyükdür", - o qeyd edib.

Mertsin sözlərinə görə, münaqişənin nizamlanması yalnız diplomatik yolla mümkündür.

"Bu münaqişənin hərbi həlli olmayacaq, onu yalnız siyasi yolla həll etmək olar", - kansler vurğulayıb.

O əlavə edib ki, Almaniya hökuməti belə həllin tapılması istiqamətində beynəlxalq səylərdə iştirak etməyə hazırdır.

Merts həmçinin xəbərdarlıq edib ki, region qeyri-müəyyən nəticəli uzunsürən müharibə təhlükəsi ilə üzləşə bilər. Kansler münaqişəyə mümkün qədər tez son qoymağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol