Menu

Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı

30.12.2014, 14:10
Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı

2015-ci ildə Azərbaycanda inflyasiya 2-3% təşkil edəcək.

Bu barədə Mərkəzi Bankın 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, 2015-ci ildə səlahiyyətləri çərçivəsində qiymət sabitliyinin təmin edilməsi Mərkəzi Bankın pul siyasətinin əsas məqsədini təşkil edəcək.

“Son qlobal və daxili iqtisadi meyilləri nəzərə alaraq, orta müddətli perspektivdə inflyasiyanın aşağı səviyyədə qalması gözlənilir. Növbəti ildə inflyasiya 2-3% səviyyəsində hədəflənir”- bankın bəyanatında deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol