İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” sosial şəbəkəsindəki hesabından ABŞ Hərbi Dəniz Qüvvələrinin Şri-Lanka sahillərində ölkənin “IRIS Dena” hərbi gəmisinə hücumu nəticəsində həlak olan iranlı dənizçilərlə bağlı başsağlığı mətni yayımlayıb.
"AzPolitika" xəbər verir ki, Laricanin hesabından yayımlanan mətndə bildirib: “Onların xatirəsi İran xalqının qəlbində əbədi yaşayacaq. Bu şəhidlik uzun illər İslam Respublikası Ordusunun təməlini silahlı qüvvələrin strukturunda möhkəmləndirəcək”.
Qeyd edək ki, bir qədər əvvəl İsrailin müdafiə naziri İsrael Katz Əli Laricaninin öldürüldüyünü iddia etmişdi.

Şərhlər