Menu

"Bu müharibəni İsrailin təzyiqi altında başlamışıq..." - ABŞ-də İranla müharibəyə görə ŞOK İSTEFA

17.03.2026, 17:56
"Bu müharibəni İsrailin təzyiqi altında başlamışıq..." - ABŞ-də İranla müharibəyə görə ŞOK İSTEFA

ABŞ Milli Kəşfiyyat və Terrorla Mübarizə Mərkəzinin direktoru Joe Kent bu gün vəzifəsindən istefa verib.

APA xəbər verir ki, o bu barədə "X" platformasında paylaşım edib.

Kent bildirib ki, İranla müharibəni vicdanla dəstəkləyə bilmir.

“İran ölkəmizə qarşı dərhal təhlükə yaratmırdı və aydın oldu ki, biz bu müharibəni İsrail və onun güclü Amerika lobbi qrupu təzyiqi altında başlamışıq”, - o qeyd edib.

Kent açıqlamasında əlavə edib ki, vəzifəsində xidmət etmək onun üçün şərəf olub, lakin davam edən hərbi əməliyyatları dəstəkləyə bilməyəcəyi üçün istefa qərarına gəlib.

Şərhlər

Qılman 2026-03-17 21:03:23

Amerika və İsrael Beynəlxalq hüqüqu kobud surətdə pozur. Harada qaldı demokratiya?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol