Avropa İttifaqı Ukraynaya “Drujba” boru kəməri vasitəsilə Macarıstan və Slovakiyaya neft tədarükünü bərpa etmək üçün maliyyə və texniki dəstək təklif edib və Kiyev də buna razılaşıb.
“AzPolitika” xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin bəyanatında belə deyilir.
Bəyanatda qeyd olunur ki, 27 yanvarda Rusiyanın “Drujba” boru kəmərinə son hücumlarından sonra Macarıstan və Slovakiyaya neft tədarükü dayanıb. Bundan sonra Aİ neft tədarükünü bərpa etmək üçün üzv dövlətlər və Ukrayna ilə bütün səviyyələrdə intensiv danışıqlara başlayıb.
Bəyanatda deyilir: "Aİ Ukraynaya texniki dəstək və maliyyələşdirmə təklif edib. Ukrayna tərəfi bu təklifi müsbət qarşılayıb və qəbul edib. Avropalı ekspertlər dərhal işə başlamağa hazırdırlar".
Qeyd edək ki, xeyli vaxtdır Macarıstanla Ukrayna arasında “Drujba”ya görə gərginlik yaşanır.
“AzPolitika.info”

Şərhlər
Rəsmi Kiyev (bəzi dövlətlər və qeyri müəyyən Zelenski kimi) real sülh yolunu görməyə başlayıb? Əslində, Avropa İttifaqı (Aİ) və sülhMəramlı NATO da tarixən-aktiv xilaskar (AntiFaşizm kolisiyası) kimi Ukraynanın qəbuluna və birbaşa müdafiə deyil, adekvat, yəni qeyri-müəyyən dəstək göstərməkdədir?