2026-cı ilin ilk aylarında rusiyalılara verilən çoxsaylı şengen vizalarının sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 90% azalıb. Bu barədə məlumatı Rusiya Tur-Operatorlar Assosiasiyası yayıb.
Azalma əsasən Avropa Komissiyasının 2025-ci ilin noyabrında qəbul etdiyi qərarla bağlıdır. Qərara görə, rusiyalılara əvvəlki kimi uzun müddətə verilən çoxsaylı vizalar artıq verilməyəcək. Bu vizalar əvvəllər istənilən sayda Avropa ölkəsinə girişə imkan verirdi, amma indi turist məqsədli çoxsaylı vizalar faktiki olaraq verilmir.
Buna baxmayaraq, bəzi populyar ölkələr - İtaliya, Fransa, İspaniya və Yunanıstan bəzi şəxslərə iki girişlik vizalar verirlər. Bu vizalar uzun giriş müddəti ilə verilir.
Rusiya vətəndaşlarının İspaniya və Fransa vizalarına müraciətləri iki dəfə artıb. İtaliya üçün müraciətlər 30–40%, Yunanıstan və Macarıstan vizalarına müraciətlər isə təxminən 10% çoxalıb.
Lakin vizaların hazırlanma müddəti əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə uzanıb. İtaliya və Fransa vizaları bir aydan çox müddətə çıxır. Yunanıstan vizası isə təxminən iki həftəyə hazırlanır.
Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələri rus turistlər üçün sadələşdirilmiş şengen vizası qaydasını ləğv edib. Baltik ölkələri, Polşa, Çexiya və Danimarka rus turistlərinə vizaları dayandırıb. Digər ölkələr isə vizaları hələ də verirlər, amma əvvəlki səviyyədən xeyli aşağıdır.
“AzPolitika.info”

Şərhlər