Menu

“Yaxşı nümunə göstərirsiniz, gərək əhali artsın” - Prezidentdən 6 uşaqlı ataya

18.03.2026, 20:10
“Yaxşı nümunə göstərirsiniz, gərək əhali artsın” - Prezidentdən 6 uşaqlı ataya

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndinə gediblər.

Bayram tonqalını qaladıqdan sonra dövlət başçısı ilə sakinlərdən birinin maraqlı dialoqu olub.

Sakin: Cənab Prezident, 1992-1993-cü illərdə biz buradan ağlayaraq, sürünərək getmişik. İndi buraya sevinc hissi ilə qayıtmışıq, Sizin sayənizdə qayıtdıq, Sizin rəhbərliyinizlə, Sizin “dəmir yumruğ”unuz sayəsində, Ordumuzun gücü ilə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Prezident İlham Əliyev: Amin.

Sakin: Sizə çox təşəkkür edirik. O vaxt mən buradan tək çıxmışdım, bu gün isə bura 6 uşağımla gəlmişəm.

Prezident İlham Əliyev: Allah saxlasın.

Sakin: Sağ olun, uşaqları da götürüb gəlmişik.

Prezident İlham Əliyev: Neçə uşaqdır?

Sakin: Altı uşaqdır, üzr istəyirəm, yoldaşım qəhrəman anadır.

Prezident İlham Əliyev: Allah saxlasın. Çox yaxşı. Allah köməyiniz olsun. Yaxşı nümunə göstərirsiniz. Gərək əhali artsın, mütləq.

Sakin: Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Düzdür, bu gün də artır, amma daha da sürətlə arta bilər.

Şərhlər

İqtisadçı 2026-03-19 12:14:39

Bu qadın 6 uşağa hansı maaşla.müavinətlə .gəlirlə baxacaq? Yaşam çətiniyi üzündər doğmsayları get-gedə azalıb.Azərbayanda hamsı və nə qədər ailədə ailədə 1-2 dən artıq uşaq doğlub.Bu Azərbaycan kimi yer altı, yer üstü sərvətləri bol olan ölkədə yaşaışın qəsdən çətinləşdirilməsini sübutudur.

Haqq səsi 2026-03-19 05:27:14

Aliment artırıb ailələri dağıtmaqdansa uşaq pulu ver əhalinin sayı çoxalsın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol