Menu

ABŞ daha 4 Rusiya vətəndaşını “Maqnitski siyahısı”na saldı

30.12.2014, 15:36
ABŞ daha 4 Rusiya vətəndaşını “Maqnitski siyahısı”na saldı

[caption id="attachment_82214" align="alignleft" width="300"] Sergei Magnitsky[/caption]

Onlar Maqnitskynin işi araşdırılarkən insan haqlarını pozmaqda ittiham olunurlar.

Bu siyahıya Çeçenistan daxili işlər nazirinin müavini Apti Alaudinov, respublika administrasiyası və hökumətin rəhbəri Magomed Daudov, Rusiyanın baş prokuror müavini Viktor Grinia və İstintaq komitəsinin əməkdaşı Andrei Strijovdur.

Onların ABŞ ərazisinə girişi və bank hesablarına qadağa qoyulub.

Rusiyada vergidən yayınmaqda ittiham olunan Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitsky 2009-cu uldə istintaq təcridxanasında müəmmalı şəkildə ölüb.

Yaxınları və vəkilləri onun döyülərək öldürüldüyünü və tibbi yardım göstərilmədiyini deyirlər.

ABŞ 2012-ci ildən onun ölümündə əli olan Rusuya vətəndaşlarına qarşı xüsusi sanksiyalar tətbiq edir və bununla bağlı xüsusi qanun qəbul edilib. (Azadlıq radiosu)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol