Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin "Liverpul" komandasına ümumi hesabda 4-1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, mövsüm İstanbul təmsilçisi üçün heç də uğursuz olmayıb.
Belə ki, "Qalatasaray " turnir ərzində ümumilikdə təxminən 56,5 milyon avro gəlir əldə edib.
Bu məbləğin əsas hissəsi turnirə birbaşa vəsiqəyə görə verilən 18,62 milyon avrodan, qrup mərhələsində qazanılan nəticələrə görə əldə edilən 7 milyon avrodan və liqa mərhələsindəki mövqeyə görə verilən 5,08 milyon avrodan formalaşıb.
Bundan əlavə, klub televiziya yayımı hüquqlarından 8,4 milyon avro, UEFA bonuslarından 2,4 milyon avro qazanıb. Pley-off mərhələsinə yüksəlmək “Qalatasaray”a əlavə 1 milyon avro, 1/8 finala vəsiqə isə daha 11 milyon avro gəlir gətirib.
Eyni zamanda, bilet satışları və rəsmi məhsulların satışı hesabına klubun təxminən 3 milyon avro əlavə gəlir əldə etdiyi bildirilir.
"AzPolitika.info"

Şərhlər