Menu

Təhsil Nazirliyində baş redaktorlarla görüş keçirilib - FOTOLAR

30.12.2014, 20:22
Təhsil Nazirliyində baş redaktorlarla görüş keçirilib - FOTOLAR

Bu gün Təhsil Nazirliyində KİV rəhbərləri və təhsil ekspertləri ilə görüş keçirilib. Tədbirdə "Lent.az" saytının baş redaktoru Qabil Abbasoğlu, "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı, "Publika.az" saytının baş redaktoru Amil Hacıyev, "Report" agentliyinin baş redaktoru Murad Əliyev, "Anspress.com" saytının redaktoru Azad Əliyev, "Azpolitika.info" saytının baş redaktoru Elnur Məhərrəmli, Lider TV-nin Xəbərlər Xidmətinin rəis müavini Günel Gözəlova, APA TV-nin redaktoru Vüqar Hüseynov, Axar.az saytının baş redaktoru Anar Niftəliyev və digər media rəhbərləri, o cümlədən tanınmış təhsil ekspertləri Şahlar Əsgərov, Etibar Əliyev, Nadir İsrafilov, Nabatəli Qulamoğlu və digərləri iştirak ediblər.

Görüşdə Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri Elnur Əliyev və QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov baş redaktorlarla media ilə münasibətləri müzakirə ediblər.

Müzakirələrdən sonra Təhsil Nazirliyi adından görüş iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yen il bayramları münasibətilə təbrik edilib, onlara hədiyyələr verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol