İran səmasında ABŞ-yə məxsus daha bir F-35 qırıcısı vurulub.
“Tasnim”in xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.
Məlumatda bildirilib ki, bu, İran səmasında son 12 saatda SEPAH-ın Hava Hücumundan Müdafiə Qüvvələrinin məhv etdiyi ikinci qırıcıdır.
Bəyanatda ABŞ- nin regiondakı hərbi təchizatlarının və İsraildə hərbi hədəflərin vurulduğu da qeyd olunub.
Vurulan ABŞ-nin F-35 qırıcısının pilotu katapult edib.
“Tasnim”in məlumatına görə, İran hərbçilərinin pilotu əsir götürdüyü ehtimal olunur.
Məlumata görə, ABŞ-ın hərbi nəqliyyat təyyarələri və helikopterləri pilotun sağ qalma ehtimalını nəzərə alaraq, onun axtarışını aparır.
Məsələ ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
İran ABŞ-a məxsus qırıcı təyyarəni vurub və iki nəfərlik ekipajın tapılması üçün axtarış-xilasetmə əməliyyatı aparılır.
“Axios”-un məlumatında qeyd olunur ki, ABŞ ordusu və Ağ Ev məsələ ilə bağlı sorğulara cavab verməyib.
Ancaq sonradan faktı təsdiqləyib. ABŞ helikopterlərlə ərazidə pilotları axtarır. Onların yerini İrandan daha tez müəyyən etmək istəyir.
İranın dövlət televiziyasında bildirilib ki, Kohgiluye bölgəsinin polis idarəsi İran səmasında vurulmuş ABŞ qırıcısının pilotu və ya pilotlarının ələ keçirilməsinə kömək edənlərə mükafat vəd edib.
"AzPolitika.info"

Şərhlər